Ağıllı telefonların markası, modeli, istehsal tarixi və istehsal səviyyəsi nə qədər yüksək olsa da, bu telefonlar üçün ortaq problem enerjini uzun müddət saxlamaq ilə bağlıdır.
Xeberler.az xarici mətbuata istinadən məlumat verit ki, Sony ağıllı telefonların ən böyük problemlərindən olan batareya tutumunu yeni inkişaf etdirdiyi bir batareya texnologiyası ilə həll etməyə hazırlaşır.
Uzun müddətdir ki, bu problemin həlli istiqamətində çalışan Sony şirkəti ağıllı telefonların sahib olduqları batareya tutumunu 40 faiz artıra biləcək bir texnologiya yaradıb.
Hazırda smartfonların əksəriyyəti "sürətli şarj" texnologiyasından istifadə edir.
Bildiyimiz kimi, bu isə əlavə elektrik enerjisindən istifafəyə səbəb olur.
Sony şirkətinin yaratdığı və daha faydalı olan bu yeni batareya texnologiyası telefonların çoxunda olan litium batareyalarını ehtiva etmir.
Şirkət litiumdan imtina edib və yeni bir komponent yaradaraq kükürd tərkibli maddəni bataryalarında istifadə etməyə qərar verib.
Sony hələ üzərində çalışdığı bu batareya texnologiyasının yeni olmasına baxmayaraq ən inkişaf etmiş litium bataryalardan 40 faiz daha çox enerji tutumuna sahib olduğunu bildirib.
Sony-nin ağıllı telefon sektoruna təqdim etdiyi bu yeni batareya texnologiyası sayəsində normalda yalnız 12 saat internet təqdim edə bilən iPhone 6S tam 18 saat internet istifadəsinə imkan verəcək.
Məlumatlara görə, yeni texnologiyada dəyişən yalnız batareyanın kükürd ehtiva etməsi deyil. Həmçinin Sony bu texnologiya ilə batareyanın enerji qoruma üsulunda da kiçik dəyişikliklər edib.
Sony şirkəti bildirib ki, yeni batareya texnologiyası üzərində çox çalışmaq lazımdır. Hazırda batareyanın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Bu texnologiyanın 2020-ci ildə bazardakı ağıllı telefonlarda istifadə edilməsi gözlənilir.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri