Previous Next
Bağla

Günəş batareyası ilə işləyən ilk saat

03-10-2017 11:45
Günəş batareyası ilə işləyən ilk saat

LunaR startap şirkəti Kickstarter platformasında dünyada günəş batareyası ilə işləyən ilk ağıllı saatın istehsalı üçün vəsait toplamağa başlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, müasir ağıllı saatlar bir dəfə yüklənmiş enerji ilə orta hesabla bir gün ərzində işləyə bilir.

Lakin 1 ay və ya il ərzində avtonom rejimdə işləyə bilən saatlardan söhbət belə gedə bilməz.

LunaR startap-şirkəti bu problemi həll etmək məqsədilə günəş batareyası əsasında saat hazırlamaq qərarına gəlib.

Saatlara quraşdırılmış günəş batareyaları təbii və süni işıq ilə işləyə biləcək: gün ərzində bir saat enerji ilə yüklənmə ona kifayət edir. Saatı yenidən yükləmək üçün həmçinin, ənənəvi USB-kabeldən də istifadə etmək mümkün olacaq.

Günəş batareyasından başqa, LunaR həm də standart hibrid smart-saatdır. O, yuxu və ayıqlıq göstəricilərini izləməyə, həmçinin xəbərdarlıqları göstərmək üçün sosial şəbəkə və messencerlərə bağlana bilir. Saatda ekran yox, onun əvəzinə işıq diodu lampalarından ibarət halqa yer alıb. Bundan başqa, LunaR istifadəçinin smartfonunda GPS-dən istifadə edərək lazımi saat qurşağını avtomatik seçə bilər.

Startap 50 000 dollar toplamağı hədəf kimi müəyyənləşdirsə də, artıq  100 000 dollara nail olub. LunaR-la layihənin Kickstarter platformasında yerləşdirilmiş rəsmi səhifəsində tanış olmaq mümkündür. 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Günəş batareyası ilə işləyən netbuk?

22-06-2011

Günəş batareyası ilə işləyən kosmik pilotsuz təyyarə

08-02-2017

Günəş enerjisi ilə işləyən qulaqcıq-Video

26-01-2017

Janus One enerji ehtiyatı olmadan işləyə bilər

24-07-2015

Ağıllı saatlar üçün aksessuar istehsal edilib

15-04-2015

Qurğuları enerji ilə dolduran çanta

06-05-2016

Braziliyada günəş elektrostansiyası tikiləcək

20-06-2015

Sentyabrda ağıllı saat satışa çıxarılacaq

13-07-2015

Unikal enerjidoldurma qurğusu

14-11-2017

Günəş batareyaları ilə örtülmüş yollar salınacaq

12-01-2017

İnsan bədəninin istiliyindən enerji alan saatlar-Video

15-11-2016

Bu gün ilin ilk Günəş tutulması baş verəcək

15-02-2018

Günəş elektrik stansiyası milyonlarla istehlakçını enerji ilə təmin edəcək

25-11-2015

Azərbaycanda günəş enerjisi istehsalı 16 dəfə artıb

25-01-2017

Yeni stol eyni zamanda bir neçə qadceti enerji ilə dolduracaq

28-06-2019

Mərakeş Afrikada böyük günəş elektrostansiyası tikir

29-10-2015

Ev üçün elektrik batareyalarının istehsalına başlanılır

02-05-2015

Yaşlılara özəl ağıllı saat gəlir

27-04-2015

Komputeri 24 saat işləməyə məcbur etdilər

10-09-2008

Gözdən əlil insanlar üçün ağıllı saat istehsal edilib

04-08-2015

Ən böyük üzən günəş elektrik stansiyası

20-06-2017

Avqustun 21-də tam Günəş tutulması baş verəcək

14-08-2017

Ağıllı skamyalar

03-10-2017

Günəş enerjisi ilə işləyən ilk avtomobil təqdim olundu

25-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə