Previous Next
Bağla

Sərhəd-keçid məntəqələrində ciddi islahatlar olacaqmı ?

06-09-2019 15:13
Sərhəd-keçid məntəqələrində ciddi islahatlar olacaqmı ?

Xeberler.az bildirir ki, ötən gün Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti generalları yenidən sərhəd-keçid məntəqəsində olublar.

Məsələ ilə bağlı bir neçə gün öncə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüzün “DGK və DSX paralelçiliyi nə zaman aradan qaldırılacaq ?” başlıqlı yazısını təqdim etmişdik. Mediada da  mövzu xeyli müzakirə olundu. 

Həmin yazıdan sonra hər iki qurumun generalları yenidən sərhəddə olublar. Ekspert onların görüşünü bu cür qiymətləndirib: 

"Bu dəfə də hər iki qurumun rəhbərləri, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Qırmızı Körpü"-də olublar. Yenə də “həmin kordinat, həmin dalğadır”.

Generallar sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tapşırıqlar verib geri dönüblər.

Dəfələrlə qeyd etmişik ki, son dövrlər bu sahədə müəyyən uğurlar əldə edilib. Lakin daha ciddi təkmilləşmə üçün ciddi islahatlar aparılmalıdır . Və bu, DGK və DSX rəhbərləri səviyyəsində gerçəkləşəcək bir iş də deyil.

Ötən dəfə DGK və DSX münasibətlərinin yenidən hüquqi tənzimlənməsi və Gömrük Məcəlləsinin yenidən işlənməsi ilə bağlı, bir qədər konseptual xarakterli təkliflər vermişdim.

Bu dəfə təkliflərimiz daha konkretdir.

1. Bizdə sərhəd-keçid məntəqəsində 2 Pəncərə var : DGK və DSX. Pəncərələrin sayı 1 olmalıdır. Bunun üçün qanunvericilik dəyişməlidir.

DGK və DSX generalları iki gündən bir sərhədə gedincə, bu istiqamətdə faydalı təkliflər hazırlayıb hökumətə təqdim etsələr daha doğru olardı.

2. Düşünürəm ki, DSX sərhəd-keçid məntəqəsində sənədləşmə ilə bağlı məsələlərə, kağız-kuğuz işlərinə qarışmamalıdır, yalnız sərhəd zolağında olmalıdır.
Fikrimcə sərhəddə Stopla bağlı, vətəndaşla bağlı məsələlər Dövlət Miqarsiya Xidmətinə verilə bilərdi.

3. Vətəndaşın pasportu və maşının texniki pasportu hazırda hər iki Pəncərədə qəbul edilərək məlumatlar təkrar–təkrar kompüterə daxil edilir. Çünki DGK və DSX informasiya sistemləri bir-birinə inteqrasiya olunmayıb. Hərə özü üçün məlumat bazası formalaşdırıb.

Düşünürəm ki, istənilən tip məlumatlar yalnız bir pəncərədə və bir kompüterə, yalnız bir dəfə daxil edilmıəlidir. Əgər hər iki qurumun informasiya sistemləri İAMAS “giriş-çıxış sistemi”nə inteqrasiya olunubsa onda düşünürəm ki, hər iki qurum yalnız DGK-ya məxsus vahid bir informasiya sistemindən istifadə edə bilərdi. Bu informasiya sisteminin İAMAS-dakı statusunu genişləndirmək olardı.

4. Sərhəd keçid məntəqəsində Pasport 4 yerdə ( Girişdə, hər iki Pəncərədə və çıxışda ) yoxlanılır. Hər iki qurum bunun fərqində olmalıdır.

5. Maşınlara verilən birka ləğv olunmalıdır.

6. Sərhəd-keçid məntəqəsində normal iş şəraiti yaradılmalı, əməkdaşlara tez-tez təlimlər keçirilməli, gözləmə zalları, piyadaların keçid yerləri qaydaya salınmalıdır.
Fikrimcə, DGK-nın istifadəyə verməyə hazırlaşdığı “Elektron növbə ” xidməti də sərhəd-keçmə prosesini xeyli təkmilləşdirəcək.

Düşünürəm ki, DGK-nın istifadəyə verməyə hazırlaşdığı “Elektron növbə ” xidməti də sərhəd-keçmə prosesini xeyli təkmilləşdirəcək.

Yüksək gömrük rüsumları, şəxsi məqsəd üçün gətirilən mallarla bağlı vətəndaşlara tətbiq olunan məhdudiyyətlər, analoqu olmayan avtomobil gömrük rüsumları isə ayrı bir müzakirə mövzusudur".

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Buraxılış məntəqəsində, bir pəncərə deyil, iki pəncərə var

11-06-2019

DGK və DSX generallarının görüşü nəticə veribmi?

03-07-2019

Ekspert: DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir

30-08-2019

Dövlər Sərhəd Xidmətinin saytı yaradıldı

13-04-2012

Qırmızı Körpü sərhəd-keçid məntəqəsində nə baş verib?

26-05-2017

Onlayn növbə ilə sərhəddən keçmək mümkün olacaq

03-09-2019

Dövlət Sərhəd Xidmətində elektron informasiya sistemi yaradılır

18-08-2015

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı baş tutacaq

09-09-2019

Yaşıl Dəhliz buraxılış sistemi üçün təhlükə varmı ?

29-01-2019

Azərbaycanın sərhəd xəttində “Azərsky” peykindən istifadə ediləcək

13-03-2015

Dövlət Sərhəd Xidmətinə aid markalar dövriyyəyə buraxılıb

22-08-2019

Onlayn növbə ilə sərhəddən daha sürətli keçmək mümkün olacaq

00-00-0000

Gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək

25-05-2018

DGK ilə Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidməti arasında onlayn görüş olub.

11-12-2023

Dövlət Gömrük Komitəsi 3 yeni elektron xidmətin tətbiqinə başlayır

28-11-2019

Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

29-07-2019

Xəzərdə hərəkət edən bütün obyektlər radarlarla müşahidə edilir

18-08-2018

Gömrüyün yeni rəqəmsal xidmətləri nə dərəcədə effektiv olacaq?

22-11-2023

Gömrükdə yenilik səviyyəsi yoxlanılır, amma köhnə metodlarla

12-02-2024

Dövlət Gömrük Komitəsinin İT avadanlıq və proqram təminatı ilə təchiz edilməsi üçün tender keçirilir

27-10-2009

İran sərhəd regionunda Azərbaycan radioməkanını zəbt edib-Ekspert

02-11-2022

Ekspert: DGK və Azərpoçt e-ticarət üçün normal bir sistem qura bilmir

22-05-2019

Dövlət sərhədlərinin mühafizəsində İKT-dən geniş istifadə olunur

27-12-2015

Yaşıl dəhliz-dən istifadə üçün 53 şirkət icazə alıb

29-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə