Previous Next
Bağla

Gömrüyün yeni rəqəmsal xidmətləri nə dərəcədə effektiv olacaq?

22-11-2023 17:14
Gömrüyün yeni rəqəmsal xidmətləri nə dərəcədə effektiv olacaq?

Ötən gün Dövlət Gömrük Komitəsi bütün maraqlı tərəflərin iştirakı ilə müzakirə təşkil edib. Prezident köməkçisi və əksər mərkəzi qurum rəhbərlərinin iştirakı, diskussiya üçün yaradılan şərait də diqqətçəkən məqamlardan idi.

 Əsas məqam ondan ibarət oldu ki, DGK-nın İKT komandası tədbirdə bir neçə yeni-yeni rəqəmsal həllərin maraqlı təqdimatlarını etdi: “Transxəzər gömrük tranzit portalı”, “Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi -ARAS”, “Səlahiyyətli iqtisadi operator proqramı”, “Smart-Bot”.

 Bu resurslar nə vəd edir, onlar effektiv və işlək olacaqmı?

 Mövzu ilə bağlı Xeberler.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, istənilən halda DGK-nın rəqəmsal transfromasiyaya üstünlük verməsi, yeni rəqəmsal xidmətlər istiqamətində fəaliyyəti əhəmiyyətlidir:

 “Yəni görünən odur ki, qurumun yetərincə böyük olan İT komandası da boş dayanmayıb, gömrük proseslərinin rəqəmsallaşdırılması, sadələşdirilməsi və rahatlığı üçün real həllər təklif edirlər. Bununla belə, bəzi düşündürücü məqamları da qeyd etmək istərdim. Məsələn, DGK-nın transxəzər tranzit portalında təqdim edilən xidmətlərin nə qədər işlək vəziyyətdə olacağı ilə bağlı xeyli suallar ortaya çıxır. Bildiyim qədər, Özbəkistan və Azərbaycanın gömrük sistemləri nə qədər oxşar olsa da, Gürcüstan, Ukrayna və Qazaxıstanın gömrük sistemləri tamam fərqlidir. Ortada da hələlik hansısa bir razılaşma, saziş yoxdur”.

 Bəs inteqrasiyalar, “Bir pəncərə”, sadələşdirmə necə olacaq?

 Tutaq ki, öncədən məlumatlandırma, bəyanetmə olub, sənədlərlə bağlı hər şey qaydasındadır. Amma yük maşını Azərbaycanın gömrük məntəqəsinə çatan anda dərhal SKANERƏ yönləndiriləcək, çünki bizim qanunvericilik bunu tələb edir. Belə olan halda isə yeni rəqəmsal həllərin təqdim etdiyi qərarlar öz əhəmiyyətini itirməyəcəkmi?

 Düşünürəm ki, riskləri dəyərləndirməli olan süni intellekt əsaslı rəqəmsal həllin – ARAS-ın özü ilə bağlı risklər var. Aydındır ki, süni intellekt əsaslı istənilən bir qərar dataya söykənir. Data nə qədər mükəmməl və güvənlidirsə, təqdim edilən həllər də daha real və ağlabatan olur”.

 

 Görəsən, DGK-nın datası nə dərəcədə təmizdir ki, riskləri düzgün dəyərləndirəcək, ARAS doğru qərarlar verəcək? Ekspert bu məsələ ilə bağlı da fikirlərini bölüşüb:

 “Fikrimcə, buna müsbət cavab vermək üçün elə də ciddi əsaslar yoxdur. Məsələn, düşünmək olar ki, əvvəllər DGK məlumat bazasında hansısa yüklərin, malların gömrük rüsumlarından yayınması üçün real parametrləri deyil, rüsumları azaltmağa xidmət edən parametrlər də olmamış deyil. Həm də, bu tip resursların digər dövlət resurslarına da inteqrasiyası vacibdir. ARAS-ın Vergi sisteminə qoşulduğu bildirilib. Amma mən indiyədək hansısa bir vergi məsələsinə görə gömrükdə problemlərlə üzləşənə də rast gəlməmişəm. Bu iki qurum az qala qəqabət şəraitində işləyirlər. Həm də, fikrimcə, riskləri dəyərləndirən bu tip həllərin effektivliyi üçün uzun zamana ehtiyac var. Gərək uzun müddət datalar, məlumatlar toplansın ki, onun əsasında normal risk idarəetməsini qurmaq mümkün olsun.

 Yeri gəlmişkən, düşünürəm ki, DGK-nin indiki halda malın gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı ağlabatan bir rəqəmsal həll yaratması və onun normal tətbiqini yaratması daha məqbul olardı.

 DGK rəsmiləri belə bir resursun olduğunu bildirirlər, reallıq odur ki, aparılan islahatlara baxmayaraq, hələlik gömrük sistemində mövcud olan problemlərin 90%-i məhz bu məsələ ilə bağlıdır. Eyni zamanda, artıq DGK-nın əlində olan dataların, kommersiya sirri olmayan hissəsinin biznes üçün və cəmiyyət üçün açıq bazalarda, emalolunabiləcək səviyyədə yerləşdirməsi də doğru olardı.

Bu, biznes üçün daha doğru qərarlar qəbul etməyə, ekosistemin inkişafına kömək edə bilərdi.

 Beləliklə, DGK-nın rəqəmsal transformasiya istiqamətindəki səyləri yetərincə təqdirəlayiqdir, bununla belə bu resursların faydalılığı və effektivliyi üçün də ciddi düşünmək doğru olardı”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün rəqəmsal həll niyə yaradılmır?

19-07-2023

Gömrükdə yenilik səviyyəsi yoxlanılır, amma köhnə metodlarla

12-02-2024

Smart Customs-da baş verən uyğunsuzluğa görə kim günahkardır?

24-07-2023

DGK məmuru sənədləri necə saxtalaşdıra bilib?

30-08-2023

DGK sədri: Avtomatlaşdırılmış Risk Analizi Sistemi dekabrda istifadəyə veriləcək

20-11-2023

Sərhəd-keçid məntəqələrində ciddi islahatlar olacaqmı ?

06-09-2019

Ekspert: DGK və Azərpoçt e-ticarət üçün normal bir sistem qura bilmir

22-05-2019

"DGK rəqəmsallaşma sahəsində səylərini daha da artırmalıdır"

15-03-2023

Ekspert: Buraxılış məntəqəsində, bir pəncərə deyil, iki pəncərə var

11-06-2019

Ekspertdən təklif: Əsgərlərə göndərilən bağlamalar pulsuz daşınsın

01-10-2020

DGK: Süni intellektdən geniş istifadə edəcəyik

18-04-2025

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024

“Smart Customs” mobil tətbiqi nə üçün çöküb ?

06-01-2021

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

26-09-2022

Ekspert: "Türkiyə ilə ticarət əlaqələrini və inteqrasiyanı sürətləndirmək lazımdır"

03-11-2020

Ekspert: DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir

30-08-2019

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019

Elektron ticarət məhdudlaşacaqmı? Kimin mövqeyi üstün olacaq, RYTN-in, yoxsa DGK-nin?

30-01-2015

Ekspert: Smart Customs resursu qarşıya qoyulan vəzifəni yerinə yetirə bilirmi?

03-05-2021

Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

16-04-2019

Ekspert: Dövlət Gömrük Komitəsi nə üçün İnzibati binaya köçmür?

07-04-2025

DGK və DSX generallarının görüşü nəticə veribmi?

03-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə