“SİMA İmza” bir sıra qurumların sistemlərinə uğurla inteqrasiya olunub

09-09-2025 / 11:43

“AzInTelecom” MMC-nin təqdim etdiyi “SİMA İmza” üzrə həllər artıq bir sıra dövlət və özəl qurumların sistemlərinə uğurla inteqrasiya olunub.

Xeberler.az məlumat verir ki, bu barədə “AzIntelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov bildirib.

Onun sözlərinə görə, “AzInTelecom” yalnız texniki həlləri təqdim edir, həmin həllərin tətbiqi isə qarşı tərəfin – dövlət qurumları və özəl şirkətlərin – daxili sistemlərinə inteqrasiya prosesindən asılıdır.

“Əgər biz deyiriksə, hər hansı qurum və ya özəl şirkətdə “SİMA İmza” tam inteqrasiya olunub, bu, o deməkdir ki, biz həlli təqdim etmişik, qurum və ya özəl şirkət həmin həlli öz sistemlərinə uğurla tətbiq edib. Bəzən bu proses müəyyən vaxt aparır, lakin bu, işlərin icra olunmaması anlamına gəlmir. Sadəcə olaraq, dövlət qurumlarının mövcud təhlükəsizlik və texniki tələbləri nəzərə alınmalıdır”, - deyə Elxan Əzizov qeyd edib.

“AzInTelecom” rəhbəri bildirib ki, Səhiyyə və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində mühüm işlər görülüb: “Məsələn, əmək müqavilələrinin bağlanması prosesi tam şəkildə SIMA identifikasiyası üzərindən həyata keçirilir. Bu, bizim əsas nailiyyətlərimizdən biridir. Məqsədimiz məhsulu elə asanlaşdırmaqdır ki, onun inteqrasiyası minimal vaxt və resurs tələb etsin. Əgər hər bir inteqrasiyanı yalnız biz həyata keçirsəydik, bu prosesin sürəti o qədər də yüksək olmazdı”.

Elxan Əzizov onu da əlavə ediv ki, “AzIntelecom”un hədəfi “SİMA İmza”nın tətbiqini ölkə üzrə daha da genişləndirmək, dövlət və özəl qurumların fəaliyyətində operativlik və rahatlığı təmin etməkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə