Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı bulud əsaslı yeni nəsil rəqəmsal imza – SİMA-nın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. “PAŞA Bank”ın sisteminə isə inteqrasiya işləri artıq yekunlaşdı və bununla da bank SİMA üzrə ilk tərəfdaş oldu.
Xeberler.az bildirir ki, tərəfdaşlığa əsasən, “PAŞA Bank”ın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını bankın yeni mobil tətbiqi üzərindən göndərə, müvafiq sənədləri də yeni nəsil rəqəmsal imza – SİMA vasitəsilə təsdiqləyərək rahat şəkildə kredit əldə edə biləcəklər. Beləliklə, müştəri banka gəlmədən, zaman itkisinə yol vermədən, müraciəti üzrə ayrılan kredit vəsaiti birbaşa onun istifadəsində olan əməkhaqqı kartına köçürüləcək.
SİMA vasitəsilə gələcəkdə bankın digər məhsullarından da istifadə mümkün olacaq.
Yeni imza vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.
Qeyd edək ki, SİMA-nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstün cəhətləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA – rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri