Previous Next
Bağla

Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

22-08-2025 18:03
Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?
"Ötən gün ölkənin əsas magistral operatorlarından olan Delta Telekom-a qarşı kiberhücum baş verdi. İlk baxışdan adi texniki problem təsiri bağışlasa da, bu hadisə sıradan bir hal kimi qiymətləndirilə bilməz".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, adətən DDoS hücumları kiçik qurumlara qarşı adi kiber insident hesab olunur. Amma böyük şirkətlərə, xüsusən də magistral provayderlərə qarşı yönəlmiş hücumların məqsədyönlü və sifarişli olma ehtimalı daha yüksəkdir:
 
"Fikrimizcə, ötən gün baş verən hücum da Azərbaycanın kritik infrastrukturuna yönəlmiş ciddi risk kimi dəyərləndirilməlidir.
 
Mümkündür ki, bu addımı hansısa maraqlı tərəflər və ya xarici dövlətlərə bağlı kiber qruplar həyata keçirib. Hücumun mənbəyi ilə bağlı şübhələr də bunu deməyə əsas verir, ötən gün bu haqda şübhələrimi qeyd etmişəm.
 
Qanunvericiliyə görə kritik qurumların siyahısı qapalıdır. Amma "kritik infrastruktur" anlayışına diqqət yetirdikdə məhz Delta Telekom-un ilk növbədə bu tip qurumlara aid olduğu aydın görünür. Çünki ölkənin əsas strateji müəssisələrinin, dövlət və maliyyə sektorunun internet təminatının böyük hissəsi məhz bu magistral üzərindən keçir.
 
Bu fakt ötən günki hücumun təsadüfi olmadığını göstərir".
 
Osman Gündüzün sözlərinə görə, dünyanın qarışdığı indiki zamanda, ölkələr arasında qarşılıqlı fiziki və kiberhücumların artdığı, geosiyasi vəziyyətin gərginləşdiyi bir zamanda belə bir hadisənin baş verməsi çox düşündürücüdür:
 
"Son illərdə Azərbaycanda kritik infrastrukturun təhlükəsizliyi istiqamətində mühüm addımlar atılıb: qanunvericilik qəbul edilib, səlahiyyətlər dəqiqləşdirilib (DTX və XRİTDX), DTX-da Milli Kibertəhlükəsizlik Mərkəzi yaradılıb, kadr hazırlığı aparılıb, qurumlar üçün metodik tövsiyələr və təlimatlar hazırlanıb və s.
 
Çox güman ki, ötən gün hücumun fəsadlarının qısa zamanda aradan qaldırılması da məhz bu görülən işlərin nəticəsidir".
 
Bəs növbəti addımlar nə olmalıdır?
 
Ekspert düşünür ki, hücumun mənbəyinin və məqsədinin tam araşdırılması çox vacibdir:
 
"güclü anti-DDoS sistemləri qurulmalıdır, İnternet infrastrukturunda alternativlərin çevikliyi və dayanıqlığının artırılması təmin edilməlidir, kritik qurumlarda dayanıqlıq testləri müntəzəm keçirilməlidir və s.
 
Düşünmək olar ki, maraqlı tərəflər bu hücumla bəlkə də, ölkənin kritik infrastrukturunun dayanıqlığını “yoxlamaq”, test etmək istəyiblər.
Bu isə ciddi xəbərdarlıqdır.
 
Odur ki, Azərbaycanın rəqəmsal suverenliyinin daha da möhkəmləndirilməsi hər günün əsas məsələlərindən biri olmalıdır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Delta Telekom-a kiberhücum Rusiyadan ola bilərmi? - Ekspertdən açıqlama

Delta Telekom-a kiberhücum Rusiyadan ola bilərmi? - Ekspertdən açıqlama

21-08-2025
Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

19-12-2025
"Delta Telekom"a qarşı DDoS tipli kiberhücum həyata keçirilib

"Delta Telekom"a qarşı DDoS tipli kiberhücum həyata keçirilib

21-08-2025
Osman Gündüz: Ölkədə hələ də hansı qurumun kritik olması məlum deyil

Osman Gündüz: Ölkədə hələ də hansı qurumun kritik olması məlum deyil

22-08-2024
Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

Hansı sektor daha güclü müdafiə olunur :dövlət, yoxsa özəl ?

30-10-2023
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

13-08-2025
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

18-11-2015
Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024
Müdafiə Nazirliyində kiber məsələlərə ciddi önəm veriləcək-Ekspert

Müdafiə Nazirliyində kiber məsələlərə ciddi önəm veriləcək-Ekspert

17-08-2023
Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022
Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023
Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır

Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır

20-02-2025
DTX kiber sektorda  biznes və vətəndaş üçün daha əlçatan olub

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023
 İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023
Kiberhücumun ünvanı – texniki sübut, yoxsa siyasi şübhə? - Ekspertdən açıqlama

Kiberhücumun ünvanı – texniki sübut, yoxsa siyasi şübhə? - Ekspertdən açıqlama

03-05-2025
Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

01-07-2025
Delta Telecomda nə baş verir?

Delta Telecomda nə baş verir?

21-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə