Previous Next
Bağla

Sony və Panasonic televizor istehsalını davam etdirəcək

23-06-2015 12:00
Sony və Panasonic televizor istehsalını davam etdirəcək

Yaponiyanın Sony və Panasonic elektronika istehsalçıları televizor buraxılışında milyardlarla dollar itirmələrinə baxmayaraq bu istiqamətdən imtina etməyiblər.

Xeberler.az-ın məlumatına görə,Reuters agentliyinə müsahibədə şirkət nümayəndələri bu biznesə sadiqliyin səbəbini izah ediblər.

Sony şirkətinin nümayəndəsi İçiro Takaqinin və Panasonic TV bölməsinin direktoru Masahiro Şinadanın sözlərinə görə, televizorlar onların brendlərini yüksəkdə saxlamaqla yanaşı, digər qurğuların satılmasına xidmət edir.

Televizorlar Yaponiya şirkətləri tərəfindən buraxılan ən məşhur məhsul növlərindən biri olaraq qalır. Bundan başqa, Sony TV satışı və audiosistemlərə tələbat arasında əlaqənin olmasını bildirir, Panasonic bu istiqamətin soyuducu və paltaryuyan maşınlar kimi iri məişət texnikasının buraxılışı üzrə biznesi dəstəkləməsini düşünür.

Bu səbəbdən şirkətlər TV bazarını tərk etmək niyyətində deyillər. Hazırda bu bazarda liderliyi Cənubi Koreyanın Samsung və LG şirkətləri, eləcə də Çinin ucuz modellər istehsal edən şirkətləri edir.

Bu gün Sony və Panasonic dünya televizor bazarının müvafiq olaraq 7 və 4 faizinə nəzarət etdiyi halda Samsung və LG Electronics birlikdə 40 faizə sahibdir.

İstehsalçılar nüfuzu və gəlirləri saxlamaq məqsədilə diqqəti 4K təsvir ölçüsünü dəstəkləyən və yüksək gəlir əldə etməyə imkan verən televizor modellərinə yönəldiblər.  

Bir neçə il davam edən maliyyə itkilərinin qarşısını almaq məqsədilə Sony rəhbəri Kazuo Hirai minlərlə iş yerini ixtisar edib və fərdi kompüter bölməsini satıb. Şirkət rəhbəri çıxışları zamanı TV biznesini ləğv etmək barədə niyyətinin olmasını dəfələrlə bəyan edib.

Lakin İçiro Takaqi hesab edir ki, hazırda hadisələrin bu ssenari ilə inkişafı az güman ediləndir. Belə ki, xərclərin azaldılması sayəsində Sony-nin TV bölməsi son on ildə 2014-cü maliyyə ilinin yekunları üzrə cüzi əməliyyat mənfəəti əldə edib.

 

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Panasonic istehsalı məhdudlaşdırır

24-10-2013

Televizor bazarında “Samsung” liderdir

14-04-2015

“Sony” daha qənaətcil olacaq

21-11-2013

Smartfondan nazik televizorlar istehsal edilib

03-08-2015

Smartfondan nazik televizor istehsal olunub

09-08-2015

Sony SandBox PC: Gözdən əlillər üçün ŞK və televizor

11-12-2008

Dünya bazarında internet-televizorlar

13-10-2010

«Sony» son 14 ildə ən böyük itkiylə üzləşib

23-01-2009

Sony və Sharp ortaqlığı

29-07-2009

Məşhur texnologiya şirkətinin icraçı direktoru istefa etdi

02-02-2018

Bu il «Google TV» xidməti istifadəyə veriləcək

15-09-2010

Sony Ericsson şirkəti modellərinin 20 faizindən imtina edəcək

24-10-2008

“Samsung” Çin bazarını tərk edir

07-05-2026

Sony smartfonlar bazarını tərk etməyəcək

26-10-2015

Hakerlər "Sony"ni "darmadağın" etməyə hazırlaşır

06-05-2011

«Sony Walkman» kaset pleyerlərinin istehsalını dayandırıldı

27-10-2010

Yaponiya korporasiyası Panasonic Sanyo-nu almaq üçün danışıqlara başlayıb

11-11-2008

Hər beşinci televizor 4K texnologiyasını dəstəkləyəcək

22-06-2015

Sony Ericsson Xperia X1 SDK ilə telefona yeniliklər əlavə etmək olar

05-09-2008

Vərəq-televizorlar erası başlayır

03-09-2010

Sony pilotsuz uçan aparatların yaradılması ilə məşğul olacaq

24-07-2015

Panasonic istədiyinə nail oldu

18-12-2008

Sony İsveçdə min nəfəri işdən azad edib

05-06-2015

Sony Bakıda yeni məhsullarını nümayiş etdirdi

03-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə