Sony pilotsuz uçan aparatların yaradılması ilə məşğul olacaq

24-07-2015 / 14:37

Yaponiyanın Sony şirkəti korporativ müştərilərə xidmət göstərəcək xüsusi pilotsuz uçan aparatların istehsalı üzrə bölmə yaradıb.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Aerosense adlandırılan yeni struktur Tokionun avtopilot texnologiyalarda ixtisaslaşan ZMP şirkəti ilə birgə müəssisə olacaq. Sony və ZMP Aerosense şirkətinin həmsahibi olmaqla pilotsuz uçan aparatların deyil, onların xidmətlərinin satışı ilə məşğul olacaq.

Bildirilir ki, bu, Sony və ZMP şirkətlərinin ilk əməkdaşlığı deyil. Bundan əvvəl şirkətlər sürücüsüz idarə olunan avtomobillər üçün texnologiya hazırlayıblar.

Həmçinin ZMP DeNA kompüter oyunları istehsalçısı ilə sürücüsüz taksilərin yaradılması sahəsində əməkdaşlıq edir.

Aerosense pilotsuz uçan aparatlarından ucqar obyekt və ərazilərin tədqiqi üçün istifadə ediləcək. Onlar Sony-nin artıq iPhone smartfonlarında və Samsung Galaxy qurğularında istifadə olunan fotosensorları ilə təchiz ediləcək. Struktura şirkətin mobil bölməsinin rəhbəri Hiroki Totoki başçılıq edəcək.

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə