Sony Bakıda yeni məhsullarını nümayiş etdirdi

03-11-2015 / 15:28

Sony korporasiyası Azərbaycanda pərakəndə satış şəbəkəsini və təklif olunan xidmətlər sayını genişləndirir.

Xeberler.az-ın məlumatına görə, şirkət bu gün  JW Marriott Absheron oteldə  bir neçə qlobal yeniliklərini təqdim edib.

Sony Middle East şirkətinin nümayəndələri 2016-cı ilin aprelinədək şirkətin yerli satış nöqtələrinin sayını 6-dan 18-dək artırmaq planını vurğulayıblar.

Qeyd edilib ki,  Sony məhsulları Music Gallery, Baku Electronics, Sony Centre (Unitech) və Kontakt Electronics kimi mağaza şəbəkələrində müştərilərə təklif olunur. Bununla yanaşı, Sony şirkəti mağazalarda gələcək məhsullarının konseptlərinin nümayişi, həmçinin müştəri xidmətləri keyfiyyətinin artırılması, mövcud xidmətlərin yaxşılaşdırılması və yeni xidmətlərin təklif olunmasını planlaşdırır.

Tədbirdə çıxış edən Sony Middle East  şirkətinin rəhbəri Satoru Arayi bildirib  ki, Bakının mövcud işgüzar potensialı Sony üçün yaxşı perspektivlər nümayiş etdirir və məhz buna görə sözügedən bazarla bağlı böyük planları var:

“ Yerli satış şəbəkəmiz müştərilərin tələblərinin təmin edilməsinə yönəlib və bu bazarda Sony məhsullarına tələbin yüksək olduğunu nəzərə alaraq biz burada daha çox populyar məhsullarımızı təklif edərək azərbaycanlı istifadəçilərə ən son texnoloji yenilikləri bütün dünya ilə eyni vaxtda sınamaq imkanı təqdim etməkdə maraqlıyıq”.

Tədbir çərçivəsində daha aydın görüntü, rəng və təzadın dəqiq ötürülməsini təmin edən 4K X1 prosessoru ilə təchiz olunmuş “BRAVIA™ 4K LCD X9005C” televizorunun təqdimatı keçirilib.

Yeni nəsil X9005C seriyası müasir ultra-nazik zərif dizaynı ilə fərqlənir ki, bu da onu bir küncdən digərinə doğru bütün görüntünü tamlıqla əhatə etməyə imkan verən yüksək diapazona malik ən nazik televizor edir.

Yeni nəsil televizorlar Google tərəfindən Android TV üçün hazırlanan ən son əməliyyat sistemi ilə təchiz olunub ki, bunun sayəsində eyni zamanda video yayımını asanlıqla izləmək və televizoru oyun  qurğusu kimi istifadə etmək mümkün olur.

 Bununla yanaşı, Sony şirkəti yeni nəsil yüksək keyfiyyətli audio-məhsulların, o cümlədən dəbli qulaqlıqlar və hər bir şəxsin fərdi zövqünü oxşayacaq geniş rəng çeşidi ilə təklif olunan Walkman ® cihazını təqdim edib.

 Məltəm Talıbzadə 

 

 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə