Previous Next
Bağla

Sosial şəbəkələrdə profillər necə ələ keçirilir?

01-05-2015 23:14
Sosial şəbəkələrdə profillər necə ələ keçirilir?

Profillərin ələ keçirilməsi halları adiləşib; “fake profil”lər də az deyil.

Xəbərlər-in verdiyi məlumata görə, dünyanı ağuşuna alan sosial şəbəkələrdə profillərin ələ keçirilməsi halları günbəgün artmaqdadır. Hazırda əsas müzakirə edilən və problem yaradan mövzulardan biri də budur. Xüsusilə, Müsavat başqanının müavini Fərəc Kərimlinin məhkəmədə sensasiya doğuran ifadəsindən sonra bu məsələ ölkəmizdə daha da aktuallaşıb.

Başqan müavini bildirmişdi ki, “Turan Türk” adı ilə işlətdiyi facebook profilini xüsusi xidmət orqanları ələ keçirməyib, hazırda Almaniyada mühacirətdə yaşayan Tural Sadıqlı onu “satıb”. Tural Sadıqlı öz cavabında səslənən fikirlərin real olmadığını bildirmişdi.

Azərbaycanda yüz minlərlə insan müxtəlif sosial şəbəkələrin istifadəçisidir. Yaradılan profillərin içərisində də fake profillər az deyil. Əsas cinayət yaradan, insan ləyaqətini alçaldan hallar, əksərən saxta profillər vasitəsilə baş verir. Kiminsə kimdənsə xoşu gəlmirsə, bu varianta əl atır, şantaj yolunu “fake profil”lərində görür.

Qeyd edək ki, siyasi fəaliyyətlə məşğul olan şəxslərin sosial şəbəkə profillərinin ələ keçirilməsi halları adiləşib. Demək olar ki, hər gün bu kimi halların şahidi oluruq.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz profillərin ələ keçirilməsinin asan olmadığını bildirdi: “Bu, elə də asan məsələ deyil. Yayılan xəbərlər reallığı əks etdirmir. Doğrudur, hazırda “fake profil”lərin yaradılması kütləvi hal alıb. Müxtəlif məqsədlər naminə belə profillər yaradılır. Biri bir səhifə yaradır, yalnız pozitiv xəbərlər paylaşır. Bəzən kimsə başqa bir şəxsin adından profil yaradır və onun adından xəbərlər paylaşır. Hər profilə onun saxta olması fikri ilə yanaşmaq, yaxud bunun cinayət olduğunu düşünmək doğru deyil. Əgər kiminsə adından facebook səhifəsi yaradılırsa, onun adından olmayan bəyanat, məlumatlar səsləndirilirsə, onunla bağlı qanunsuz informasiyalar qoyulursa, bu, doğru hərəkət deyil. Ona qarşı mübarizə yolları necə olmalıdır? Birinci yol ondan ibarətdir ki, iddiaçı tərəf Facebook Administrasiyası ilə yazışmalar apara bilər. Dostlarını da bu prosesə qoşa bilər. Əksər hallarda bu cür addımlar uğur gətirir. Problemin qarşısını müəyyən dərəcədə almaq olur. Yazışmalar uzun çəkdikdə, hüquq mühafizə orqanlarına müraciət etmək lazım gəlir. Son dövrlərdə ölkəmizdə bu istiqamətdə müəyyən pozitiv addımlar atılıb. Əvvəllər qanunvericiliyimizə görə, bu işlərlə ancaq Milli Təhlükəsizlik Nazirliyi (MTN) məşğul ola bilərdi. Bunlar xırda cinayətlər idi, MTN ilə əlaqəsi yox idi. Amma böyük bir nazirlik bu işlərlə məşğul olmalı idi. Müəyyən problemlər ortaya çıxırdı. Sonralar qanunvericilikdə müəyyən dəyişiklər oldu. Bundan sonra DİN və Baş Prokurorluq da səlahiyyətləri çərçivəsində bu istiqamətdə müəyyən işlər həyata keçirə bilirlər. Hesabların oğurlanması, parolların sındırılması və başqa işlərlə bağlı... DİN-ə vətəndaşlar müraciət edərək, bunun aşkara çıxarılmasını hüquqi müstəvidə həyata keçirə bilirlər”.

Osman Gündüz xüsusi proqramlar vasitəsilə profillərin qorunmasının həyata keçirilməsi məsələsinə də toxundu: “Sosial şəbəkələrdə bu cür yazışmalar, proqramlar istənilən anda tapmaq olur. Əgər hesablar güvənlidirsə, istifadəçinin sosial şəbəkədə paylaşımı, hərəkətləri yerindədirsə, elementar təhlükəsizlik qaydalarına əməl olunursa, şifrələrə ciddi nəzarət edilirsə, profili ələ keçirmək asan olmur”.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Saxta profillərdən xaricdə istifadə edilməsinin qarşısı necə alınacaq?

02-12-2016

“Twitter” sosial şəbəkəsindəki profil Mehriban Əliyevaya məxsus deyil

08-12-2010

Facebook hesabımızı necə qoruyaq?

30-03-2018

Dövlət məmurlarını şəbəkə saxtakarlığından necə qorumalı?

01-04-2013

ETX rəsmisi: Hazırda Whatsapp hesablarının oğurlanması ilə bağlı araşdırma davam etdirilir

28-08-2023

Ekspert kibercinayətkarlıqla mübarizədən danışdı

23-07-2018

Deputat saxta profilin cinayət məsuliyyəti yaratmasına aydınlıq gətirib

16-11-2016

Saxta Facebook səhifələri və saxta profillər qanunidirmi ?

02-06-2014

Sosial şəbəkələrdə profillərə haker hücumlar edən şəxs ifşa olunub

03-09-2025

Facebook profilinin təhlükəsizliyini necə qoruyaq?

03-05-2016

Siyavuş Novruzovun saxta Facebook səhifəsi bağlanıb

02-09-2015

Sosial şəbəkədə 150-dən çox profilə müdaxilə edən haker saxlanılıb

14-01-2026

«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

04-04-2013

DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun

28-04-2026

Din: Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

19-03-2026

AİF İT mütəxəssislərə və internet istifadəçilərinə müraciət edib

05-04-2016

Elektron Təhlükəsizlik Mərkəzi “Whatsapp” la bağlı xəbərdarlıq edir

23-08-2023

Erməni trollar sosial şəbəkələrin Azərbaycan seqmentində

05-10-2018

Azərbaycan İnternetinin azadlığı üçün təhlükə varmı?-Ekspert rəyləri

15-11-2016

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

22-06-2023

Saxta profillərlə özünü silah satan kimi təqdim edən şəxs saxlanıb

02-05-2016

ETX kiberdələduzluq halları ilə bağlı əhaliyə xəbərdarlıq edir

04-11-2025

Saxta profillərlə yalan məlumat yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək

15-11-2016

Vətəndaşların kart məlumatlarını ələ keçirən şəxs həbs olunub

19-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə