Previous Next
Bağla

AİF İT mütəxəssislərə və internet istifadəçilərinə müraciət edib

05-04-2016 16:53
AİF İT mütəxəssislərə və internet istifadəçilərinə müraciət edib

Son zamanlarda döyüş bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycanın informasiya cəbhəsi də diqqət mərkəzindədir.

Sosial mediada aktivlik kifayət qədər yüksəlib, bütün internet media qurumları gücləndirilmiş iş rejmində çalışırlar.

Müşahidələrimiz göstərir ki, milli internet resurslara hücumlar artıb, sosial şəbəkələrdə saxta profillərin də aktivliyi müşahidə olunur, doğru olmayan məlumatların paylaşılması kimi hallara rast gəlinir.

Sosial media istifadçiləri bəzən Azərbaycan dilli olmasına baxmayaq Ermənistan tərəfin maraqları tirajlayan, paylaşan profillərə və Facebook səhifələrinə rast gəldiklərini də bildirirlər.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu məsələlərlə və mövcud problemin həlli ilə bağlı Xeberler.az-a ətraflı məlumat verib.

 O bildirib ki, müəyyən gərginliklər olsa da, ölkənin informasiya mühitində elə də ciddi fəsadlar olmayıb. Yalnız bir - iki internet resursumuzun fəaliyyətində qısa müddətli dayanma olub.

AİF prezidenti İT mütəxəssislərə və internet istifadəçilərinə, internet media qurumlarının rəhbərlərinə müraciət edərək ehtiyatlı olmağa çağırıb:

“Son dövrlərdə yaranmış situasiya ilə bağlı düşmən tərəf kiber hücumları da gücləndirib. Ayrı-ayrı internet resurslarımıza, xəbər saytlarına, dövlət qurumlarının saytlarına hücumlar təşkil olunur. Bu kimi halların güclənəcəyini də gözləmək olar .

Osman Gündüz son vaxtlar Azərbaycan dilli saxta Facebook səhifələrinin də arta biləcəyini istisna etməyib:

“Əsas mübarizə meydanlarından biri də Facebook-dur. Güman ki, Ermənistan kəşfiyyatı tərəfindən məlumat əldə edilməsi, dezinformasiya yaymaq məqsədilə saxta Azərbaycan profilləri, Azərbaycan dilli Facebook səhifələr yaradılır. Və bununla da Ermənistan tərəfin maraqlarına xidmət edən informasiyalar yaymağa çalışırlar. Bu cür hallarla rastlaşdıqda ehtiyatlı və diqqətli olmaq, tanınmayan, şübhəli profillərə ehtiyatla yanaşmaq, şübhəli linkləri, qruplarda gələn videoları və məktubları açmamaq, şübhəli saytlara daxil olmamaq lazımdır”.

AİF rəhbəri bildirib ki, bu aralarda hər bir istifadəçinin elementar informasiya təhlükəsizliyi qaydalarına daha ciddi əməl etməsi arzuolunandır.

Osman Gündüz eyni zamanda İT və informasiya təhlükəsiziliyi üzrə mütəxəssislərə müraciət edərək internetdə və sosial mediada yarana biləcək informasiya təhlükəsizliyi problemləri ilə bağlı sadə istifadəçilərə və internet media qurumlarına köməklik göstərməyə çağırıb.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan İnternet Forumunun  açıqlaması

Azərbaycan İnternet Forumunun açıqlaması

04-08-2014
Osman Gündüz :  Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ciddi problemlər var

Osman Gündüz : Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ciddi problemlər var

14-01-2015
Milli İnternet resurslarımıza hücumlar artacaq

Milli İnternet resurslarımıza hücumlar artacaq

23-04-2015
AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015
DİN vətəndaşları saxta paylaşımlara inanmamağa çağırıb

DİN vətəndaşları saxta paylaşımlara inanmamağa çağırıb

22-12-2025
Dövlət məmurlarını şəbəkə saxtakarlığından necə qorumalı?

Dövlət məmurlarını şəbəkə saxtakarlığından necə qorumalı?

01-04-2013
“Azərbaycanda “internet media” anlayışı öz əksini tapmayıb”

“Azərbaycanda “internet media” anlayışı öz əksini tapmayıb”

03-12-2009
Bir neçə ölkədə dövlət və media saytlarına silsilə kiberhücumlar qeydə alınıb

Bir neçə ölkədə dövlət və media saytlarına silsilə kiberhücumlar qeydə alınıb

18-11-2021
ERMƏNİSTANDA BƏZİ AZƏRBAYCAN SAYTLARINA GİRİŞ MƏHDUDLAŞIB

ERMƏNİSTANDA BƏZİ AZƏRBAYCAN SAYTLARINA GİRİŞ MƏHDUDLAŞIB

17-11-2010
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014
“İnternet və sosial media da vuruşurdu, sadəcə cəbhələr fərqli idi”

“İnternet və sosial media da vuruşurdu, sadəcə cəbhələr fərqli idi”

07-04-2016
Osman Gündüz: "fake" xəbərlərin yayılması düşmənin marağındadır"

Osman Gündüz: "fake" xəbərlərin yayılması düşmənin marağındadır"

16-10-2020
Azərbaycan İnternet İdarəçiliyi Forumu keçirilib

Azərbaycan İnternet İdarəçiliyi Forumu keçirilib

31-10-2012
Sosial şəbəkələrdə profillər necə ələ keçirilir?

Sosial şəbəkələrdə profillər necə ələ keçirilir?

01-05-2015
Saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb müəyyənləşir

Saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb müəyyənləşir

02-07-2025
“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015
Adi bir məktəbli zarafatı yoxsa təxribat?

Adi bir məktəbli zarafatı yoxsa təxribat?

09-03-2020
AIF bəzi internet resurslara girişin məhdudlaşmasına münasibət bildirdi

AIF bəzi internet resurslara girişin məhdudlaşmasına münasibət bildirdi

11-03-2010
Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

14-03-2023
Baktelecom internet istifadəçilərinə müraciət edib

Baktelecom internet istifadəçilərinə müraciət edib

12-10-2019
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib

Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib

23-06-2025
İnformasiya müharibəsini kim aparmalıdır?

İnformasiya müharibəsini kim aparmalıdır?

04-04-2016
Beynəlxalq İnternet İdarəçiliyi Forumunun  toplantısı ilə bağlı AİF  Müraciət qəbul edib

Beynəlxalq İnternet İdarəçiliyi Forumunun toplantısı ilə bağlı AİF Müraciət qəbul edib

20-07-2012
Dövlət Xidməti: “COP29” ilə bağlı saxta səhifələrin sayı artıb

Dövlət Xidməti: “COP29” ilə bağlı saxta səhifələrin sayı artıb

26-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə