Previous Next
Bağla

SPECA-nın Zirvə görüşünün Bakı Bəyannaməsi qəbul edildi

25-11-2023 10:30
SPECA-nın Zirvə görüşünün Bakı Bəyannaməsi qəbul edildi

Noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın Zirvə görüşünün yekunlarına əsasən Bakı Bəyannaməsi qəbul edilib.

"Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının, Tacikistan Respublikasının, Özbəkistan Respublikasının prezidentləri və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini 2023-cü il noyabrın 24-də Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (bundan sonra SPECA) iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının birinci Zirvə görüşünü keçirərək,

SPECA-nın yaradılması haqqında 1998-ci il 26 mart tarixli Daşkənd Bəyannaməsində yer almış məqsəd və prinsipləri xatırladaraq,

SPECA-nın əsasının qoyulmasının 25-ci ildönümünü və SPECA iştirakçı dövlətlərinin öz müstəqilliklərinin möhkəmləndirilməsi, həmçinin qarşılıqlı əməkdaşlıq istiqamətlərində əsas prioritet sahələrə münasibətdə əldə etdikləri mühüm nailiyyətləri qeyd edərək,

SPECA çərçivəsində xalqlarımızın bölüşdüyü ümumi maraqlara, məqsəd və dəyərlərə əsaslanan əməkdaşlığı gələcəkdə də dərinləşdirmək və inkişaf etdirmək üzrə möhkəm qətiyyətlərini bir daha təsdiq edərək,

SPECA regionunda mövcud olan, istifadə edilməmiş böyük iqtisadi inkişaf potensialını, zəngin təbii ehtiyatları və regional əməkdaşlığı inkişaf etdirmək, həmçinin SPECA regionunun Avropa və Asiya bazarları ilə gələcək əməkdaşlığı üçün bu imkanlardan birgə istifadə üzrə güclü siyasi iradəni nəzərə alaraq,

2023-cü il aprelin 17-də İsveçrənin Cenevrə şəhərində keçirilmiş SPECA iştirakçı ölkələrinin nazirlərinin görüşünün Azərbaycanın 2023-cü ildə sədrliyi haqqında Birgə Bəyanatında əksini tapmış “SPECA regionunun qlobal əhatəli birləşdirmə mərkəzinə çevrilməsi” mövzusunu və indiyədək aparılan növbəti işləri təqdir edərək,

Azərbaycanın 2023-cü ildə SPECA-da sədrliyi ilə Proqramın daha səmərəli, Mərkəzi Asiyada və onun hüdudlarından kənarda kollektiv səylərə, maraqlara və iştirakçı dövlətlərin məsuliyyətinə əsaslanan həqiqi regional platformaya çevrilməsi üzrə və BMT-nin müvafiq regional komissiyaları tərəfindən dəstəklənən ardıcıl və fəal səylərini yüksək qiymətləndirərək,

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və onların müvafiq İcraiyyə katibliklərinin Proqramın yaradıldığı vaxtdan SPECA-nın iştirakçı ölkələrinə göstərdikləri dəstəyə görə səmimi təşəkkür ifadə edərək,

Razılığa gəlirik:

1. SPECA-nın iqtisadi əməkdaşlıq və regional inteqrasiya imkanlarından müştərək istifadə edilməsi yollarının öyrənilməsi məqsədilə və xüsusən rabitə, ticarət, nəqliyyat və logistika, rəqəmsal transformasiya və innovasiyalar, sənaye, energetika, su ehtiyatlarının idarə edilməsi, ətraf mühit, yaşıl keçid və qarşılıqlı maraq doğuran digər sahələr üzrə meydana çıxan ümumi çağırışlara ortaq cavabların verilməsi platforması kimi SPECA-nın rolunun gücləndirilməsi barədə öz niyyətini bəyan etmək.

2. Bununla bağlı SPECA-nın davam edən təsisatlanma prosesinə və SPECA çərçivəsində fəaliyyətin məsuliyyətini yüksəldəcək, mütəmadi dialoqu, ardıcıllığı və səmərəli əlaqələndirməni təmin edəcək, həmçinin SPECA-nın iştirakçı ölkələrinin dövlət başçıları tərəfindən qəbul olunan qərarların həyata keçirilməsinə kömək edəcək zəruri mexanizmlərin yaradılması ilə əlaqədar qətiyyəti ifadə etmək.

3. Rəqəmsallaşma və tranzit marşrutlarının yaşıl transformasiyası, həmçinin ticarət və nəqliyyat prosedurlarının sadələşdirilməsi və energetika birləşmələri, o cümlədən Şərq-Qərb Transxəzər Orta Dəhlizi çərçivəsində yaşıl enerji daxil olmaqla, əməkdaşlıq sahəsində bilavasitə prioritet sahə və bu məqsədlə Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə Multimodal Məlumat və Sənədlərin Rəqəmsallaşdırılması üzrə Yol Xəritəsinin qəbul edilməsinin qərara alınmasını vurğulamaq.

4. SPECA-nı qəbul olunmuş qərarların dəstəklənməsi məqsədilə müvafiq maliyyə mexanizmi ilə təmin etmək üzrə siyasi hazırlığımızı bildirərək və bununla əlaqədar BMT-nin himayəsi altında praktik əməkdaşlığa dəstək olacaq və SPECA-nın Çoxtərəfdaşlı Məqsədli Fondunun (ÇMF) yaradılmasını alqışlayaraq, bununla bağlı beynəlxalq tərəfdaşları SPECA ÇMF-in fəaliyyətinə töhfə verməyə dəvət etməyi təsdiqləmək.

5. Şərq-Qərb Transxəzər Orta Dəhlizinin SPECA-nın iştirakçı ölkələri ilə Asiya və Avropanın müxtəlif regionları, onun hüdudlarından kənarda daha səmərəli və dayanıqlı əlaqələrdən biri kimi əhəmiyyətinin və ölkələri dəhlizin potensialından qitələrarası nəqliyyat əməliyyatları üçün istifadə etməyə çağırmaq, SPECA-nın iştirakçı ölkələrinin müvafiq hakimiyyət orqanlarına nəqliyyat şirkətləri, ekspeditorlar, logistika mərkəzləri və milli operatorlar arasında bütün dəhliz boyu kommunikasiyaların səmərəliliyini artırmaq üçün nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına diqqəti cəmləşdirməyin tövsiyə edilməsini vurğulamaq.

6.BMT Baş Assambleyasının SPECA-nın 25 illiyinə həsr olunmuş qətnamə qəbul etməsini alqışlamaq və BMT-nin üzv dövlətlərini, regional komissiyalarını və ixtisaslaşmış qurumlarını SPECA-ya üzv ölkələrin səylərini dəstəkləməyi davam etdirməyə çağırmaq.

7.Bakı Zirvə görüşündə beynəlxalq tərəfdaşların iştirakını alqışlamaq və SPECA regionunun daha yaşıl və təhlükəsizlik gələcəyi üçün dayanıqlı və davamlı iqtisadi inkişafı dəstəkləmək üzrə ortaq səyləri əks etdirən sıx əməkdaşlığın davamının əhəmiyyətini vurğulamaq.

8.Öz müvafiq nazirliklərinə hazırkı Bəyannamənin həyata keçirilməsini UNECE, UNESCAP və digər müvafiq beynəlxalq təsisatlarla birgə reallaşdırılmasının əlaqələndirilməsini tapşırmaq.

9.SPECA-nın üzv ölkələrinin dövlət başçılarının və hökumətlərinin birinci görüşünün beynəlxalq tərəfdaşların iştirakı ilə Bakı şəhərində mükəmməl təşkilinə, həmçinin Azərbaycanda SPECA günləri çərçivəsində 2023-cü il noyabrın 20-24-də digər tədbirlərin təşkilinə görə Zati-aliləri Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Hökumətinə səmimi təşəkkür ifadə etmək", - deyə Bəyannamədə qeyd olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026

Rəşad Nəbiyev SPECA ilə bağlı konfransda iştirak edib

31-10-2022

“TASİM region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək”

16-09-2015

Azərbaycan TASİM üzrə üçtərəfli əməkdaşlıq təklif edib

11-05-2015

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

25-07-2022

Azərbaycan İKT-nin fövqəladə hallar zamanı tətbiqinə həsr olunmuş iclasda iştirak edəcək

23-02-2009

Transsərhəd kağızsız ticarətin asanlaşdırılması üzrə beynəlxalq müzakirə

28-04-2022

TASİM layihəsi beynəlxalq tədbirdə müzakirə olunacaq

24-08-2015

19-cu “Bakutel” sərgi və konfransılarının tarixləri müəyyənləşib

31-10-2013

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib

02-04-2026

Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalanıb

08-07-2024

“Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini davam etdirəcək”

06-11-2024

Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

28-08-2019

“Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı dəyirmi masa keçiriləcək

08-11-2024

İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir

01-10-2019

TASİM layihəsi Dünya Sammitində təqdim olunub

26-05-2015

NRYTN-in nümayəndəsi UNESCAP-ın onlayn iclasında iştirak edib

23-05-2020

Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası yaradılır - Baş katib

16-06-2023

Azərbaycan nümayəndəsi UNESCAP-ın İdarəetmə Komitəsinin iclasında iştirak edib

14-08-2020

Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat üzrə rəqəmsallaşdırılması müzakirə edilib

09-02-2026

BMT-nin Baş Assambleyası Azərbaycan - Avrasiya Alyansının yaradılması ilə bağlı qətnamə qəbul edib

05-09-2013

Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

02-11-2022

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

10-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə