Previous Next
Bağla

İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir

01-10-2019 19:11
İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir

Xeberler.az bildirir ki, bu gün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində “Asiya regionunda nəqliyyat sektorunda istilik effekti yaradan qazların emissiyalarının azaldılması istiqamətində ağıllı nəqliyyat texnologiyalarından istifadə üzrə potensialın artırılması” mövzusunda regional seminar işə başlayıb.

Seminar BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), eləcə də Asiya İnkişaf Bankı ilə birgə təşkil olunub.

Tədbirin keçirilməsində məqsəd nəqliyyat sektorunda istilik effekti yaradan qazların emissiyalarının azaldılması istiqamətində bilik və təcrübə mübadiləsi, risk faktorlarının qarşısının alınması üçün təhlilin aparılması, vacib operativ tədbirlərin görülməsi üzrə müzakirələrin təşkilidir. 

İki gün davam edəcək tədbir ölkəmizin müvafiq qurumlarının, region ölkələrinin (Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Əfqanıstan, Özbəkistan), UNESCAP katibliyinin, eləcə də ABŞ və Koreya ekspertlərinin iştirakı ilə keçirilir. 

Seminarı giriş nitqi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Şahin İsmayılov, UNESCAP-ın nümayəndəsi Çanqju Li və Asiya İnkişaf Bankının təmsilçisi Ki Jun Kim açıb. 

Sonra “ITS Russia” təşkilatının baş icraçı direktoru Vladimir Kruçkov intellektual nəqliyyat sistemləri barədə təqdimatla çıxış edib.

“Smart Mobility” şirkətinin direktoru Endru Bevan “İntellektual nəqliyyat sistemləri sahəsində yeni inkişaf: texnologiyalar və tətbiqlər” mövzusunda təqdimatını iştirakçıların diqqətinə çatdırıb. 

Sonra Asiya regionunda nəqliyyat sektorunda istilik effekti yaradan qazların emissiyalarının azaldılması istiqamətində “ağıllı” nəqliyyat texnologiyalarından istifadə üzrə potensialın artırılmasına dair müzakirələr aparılıb, məruzəçilər iştirakçıların suallarını cavablandırıblar. Tədbir region ölkələrinin nümayəndələrinin təqdimatları ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, əsas məqsədi yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görmək olan “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının əsas icraçı qurumlarından biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

02-11-2022
Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018
Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

28-08-2019
Banqkokda Azərbaycanın sədrliyi ilə UNESCAP-ın 82-ci sessiyası keçirilib

Banqkokda Azərbaycanın sədrliyi ilə UNESCAP-ın 82-ci sessiyası keçirilib

27-04-2026
NRYTN-in nümayəndəsi UNESCAP-ın onlayn iclasında iştirak edib

NRYTN-in nümayəndəsi UNESCAP-ın onlayn iclasında iştirak edib

23-05-2020
Azərbaycan nümayəndəsi UNESCAP-ın İdarəetmə Komitəsinin iclasında iştirak edib

Azərbaycan nümayəndəsi UNESCAP-ın İdarəetmə Komitəsinin iclasında iştirak edib

14-08-2020
Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil edilib

Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil edilib

17-12-2021
NRYTN-nin təşkilatçılığı ilə beynəlxalq tədbir keçirilib

NRYTN-nin təşkilatçılığı ilə beynəlxalq tədbir keçirilib

23-09-2021
Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018
Bakıda intellektual nəqliyyat sistemi müzakirə olunur

Bakıda intellektual nəqliyyat sistemi müzakirə olunur

16-04-2019
Almatıda Azərbaycanın nəqliyyat siyasətinin əsas istiqamətləri barədə məlumat verilib

Almatıda Azərbaycanın nəqliyyat siyasətinin əsas istiqamətləri barədə məlumat verilib

24-06-2026
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

15-10-2018
Dubayda 30-cu “Ağıllı Nəqliyyat Sistemləri” beynəlxalq konqresi öz işinə başlayıb

Dubayda 30-cu “Ağıllı Nəqliyyat Sistemləri” beynəlxalq konqresi öz işinə başlayıb

16-09-2024
Nazir müavini AİB-nin özəl sektorun inkişafı üzrə regional direktoru ilə görüşüb

Nazir müavini AİB-nin özəl sektorun inkişafı üzrə regional direktoru ilə görüşüb

20-02-2025
Rəşad Nəbiyev Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

Rəşad Nəbiyev Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

15-04-2026
Rəşad Nəbiyev SPECA ilə bağlı  konfransda iştirak edib

Rəşad Nəbiyev SPECA ilə bağlı konfransda iştirak edib

31-10-2022
Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026
Bu şəxslər avtomobil idarə edə bilməyəcək

Bu şəxslər avtomobil idarə edə bilməyəcək

03-01-2019
RİTN nümayəndəsi UNESCAP-ın tədbirində iştirak edəcək

RİTN nümayəndəsi UNESCAP-ın tədbirində iştirak edəcək

17-11-2008
UNESCAP-ın İKT komitəsinin iclası başlayır

UNESCAP-ın İKT komitəsinin iclası başlayır

20-11-2008
Ekoloji nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üçün tədbirlər görüləcək

Ekoloji nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üçün tədbirlər görüləcək

28-12-2018
Şərq Tərəfdaşlığı ölkələri arasında iclas keçirilib

Şərq Tərəfdaşlığı ölkələri arasında iclas keçirilib

18-11-2019
COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

12-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə