Startaplar üçün “Growth Hacking” mövzusunda seminar keçirilib

02-05-2016 / 10:58

Baku Business Factory-də “Growth Hacking” mövzusunda seminar təşkil edilib.

Mərkəzdən Xeberler.az-a verilən məlumata görə, aprelin 30-da təşkilatın ofisində startaplar və bizneslə məşğul olmaq istəyən şəxslər üçün “Growth Hacking” mövzusunda seminar təşkil edilib.

Seminarın əsas mövzusu yeni marketinq vasitəsi kimi “Growth Hacking” olub.

 “Growth Hacking” kiçik büdcə ilə böyük işlər görə bilmək üçün müxtəlif fəaliyyətləri əhatə edən və dijital platformanın yaratdığı bütün imkanlardan faydalanmağı önə çıxaran marketinq strategiyasıdır. “Growth Hacker”lər ənənəvi bahalı marketinq vasitələrinin yerinə daha ucuz və daha effektiv həll yolları təklif edirlər. Əsas vasitələr sosial media, viral marketinq və SEO-dur. Seminarın əsas məqsədi gənclərin öz bizneslərini qurarkən texnologiyanın onlar üçün yaratdığı geniş və ucuz imkanlar haqqında onları məlumatlandırmaq olub.

Seminar Tor Digital Agency və Moblamanın təsisçisi və direktoru, Sankt Peterburq şəhərində yerləşən Trace Games şirkətinin həmtəsisçisi Toğrul Səmədov tərəfindən keçirilib.

Seminarda Baku Business Factory-də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan digər şəxslər də iştirak edib.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə