Previous Next
Bağla

BBF tələbələrin startap layihələrinə dəstək olacaq

17-12-2015 11:13
BBF tələbələrin startap layihələrinə dəstək olacaq

Baku Business Factory (BBF) Azərbaycan Turizm və Menecment Universitetində təqdimat və seminar təşkil edib.

BBF-dən Xeberler.az-a verilən məlumata görə,  "Tələbə olarkən necə biznes qurdum?" mövzusunda keçirilən seminarın məqsədi tələbələrin biznesə olan marağının artırılması, onların bu sahədə maarifləndirilməsi olub.

BBF-nin layihə meneceri Toğrul Səmədov seminarda tələbələrə şəxsi biznes qurmağın sirlərindən danışıb. Natiq tələbə olduğu müddətdə qarşılaşdığı çətinliklərdən, mövcud problemləri və imkanları dəyərləndirmək yolu ilə öz biznesini necə qurmasından danışıb.

Bildirib ki, biznesi qurmaq üçün imkanları dəyərləndirmək, problemləri həll etmək, çox və məqsədli çalışmaq, risq etmək vacib şərtlərdəndir.

Toğrul Səmədov təqdimatın sonunda tələbələrin suallarını da cavablandırıb.

Qeyd olunub ki, bu cür təqdimatlar digər universitetlərdə də həyata keçiriləcək.

BBF-dən  verilən məlumata görə, gələcəkdə universitetlərdən bəyəndikləri startap layihələri üçün Factory-də imkan yaradacaqlar ki, onlar  layihələrini inkişaf  etdirib, qlobal bazara çıxara bilsinlər.

Qeyd edək ki, Baku Business Factory-nin (BBF) əsas məqsədi gənclərin biznes təşəbbüslərinin dəstəklənməsidir.

Müxtəlif sahələrə aid biznes ideyaları olan gənclər BBF-də öz ideyalarını biznesə çevirmək imkanı əldə edə bilərlər.

Onlar BBF-dən ofis, mentor və maddi dəstək alacaq və davamlı olaraq müxtəlif təlimlərdə iştirak edə bilərlər.

BBF-nin missiyası biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi bazanın təmin edilməsini kompleks şəkildə həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır.

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BBF-ə startap müraciətlərinin qəbulu davam edir

20-09-2015

Startap mərkəzinə layihə seçimi nə vaxt başlayacaq?

17-08-2015

BBF milli startapların qlobal bazara çıxmasına kömək edəcək

14-07-2015

BBF startaplar üçün təlimlərə başlayır

01-02-2016

Təşəbbüskarlıq mövzusunda biznes forum keçiriləcək

05-10-2015

Baku Business Factory 1 yaşını qeyd edir

04-05-2016

BBF startapları hansı şərtlərlə qəbul edir?

05-10-2015

“Daxili Motivasiya -3D Səyahət” mövzusunda seminar keçirilib

16-05-2016

“Baku Business Factory” yerli startaplara dəstək verəcək

08-05-2015

Baku Business Factory-nin təşkilatçılığı ilə biznes forum keçirilir-Fotolar

10-10-2015

BBF Code Academy ilə əməkdaşlığa başlayıb

21-04-2016

“Startap layihələrin dünya bazarına çıxmasına dəstək verəcəyik”

10-10-2015

“Startap və vergi tənzimləməsi” mövzusunda 2-ci seminar keçirilib

11-04-2016

Startap və vergi tənzimləməsi müzakirə edilib

29-02-2016

Tələbələrlə startapçıların görüşü keçirilib

08-12-2015

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

Startap ekosisteminin inkişafı müzakirə edilib

30-04-2016

Startaplar üçün “Growth Hacking” mövzusunda seminar keçirilib

02-05-2016

“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

01-04-2025

“Bizdən Biznesə” startap müsabiqəsinin yekun tədbiri keçirilib

24-12-2025

Azərbaycanın startap ekosistemində yeni təkan - Sup

04-12-2015

İntellektual startap çempionatı başlayıb

06-10-2017

Almaniyanın İT təcrübəsi ölkəmizə gətirilir

03-11-2015

Biznes qurmaq istəyən gənclərə Bakcell-dən növbəti dəstək

29-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə