Previous Next
Bağla

"Yaşıl artım portalı"nın yeni versiyası yaradılıb

12-11-2025 12:44
"Yaşıl artım portalı"nın yeni versiyası yaradılıb

İqtisadiyyat Nazirliyinin ABŞ-nin Harvard Universiteti ilə əməkdaşlığı hesabına "Yaşıl artım portalı"nın yeni versiyası yaradılıb.

Xeberler.az məlumat verir ki, ötən il Bakıda keçirilmiş COP29-da təqdim olunan və İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış qlobal "Yaşıl artım portalı" (Green Growth Portal) enerji keçidi üçün zəruri məlumatları özündə birləşdirərək ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə dəstək verir.

Portalda interaktiv analitik alətlər vasitəsilə yeni sənaye sahələrinin, bazarların və iqtisadi inkişaf istiqamətlərinin formalaşması üçün mövcud imkanlar təqdim olunur.

COP29 irsinin davamı kimi bu layihə çərçivəsində artıq 1,7 milyondan çox istifadəçiyə xidmət göstərilir. Portal Harvard Universitetinin "İqtisadi Mürəkkəblik Atlası"na (Atlas of Economic Complexity) inteqrasiya olunub və ölkələrin iqtisadi inkişaf imkanlarına dair təhlil və məlumat bazasına çıxış təqdim edir.

Portalın yeni versiyası funksional baxımdan təkmilləşdirilib və bir sıra innovativ xüsusiyyətlərlə zənginləşdirilib. Bu barədə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausman sosial mediada paylaşım edərək bildirib ki, Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən layihə sayəsində "Growth Lab" hazırda 140 ölkəyə 2 trilyon dollarlıq qlobal enerji keçidi imkanında necə iştirak edə biləcəklərinə dair məlumatları təqdim edə bilir.

Alətin məqsədi ölkələrə hansı məhsulları istehsal etməklə enerji keçidi prosesində iştirak edə biləcəklərini göstərməkdir. Portal həmçinin Greenplexity İndeksi adlı göstəricini təqdim edir. Bu indeks ölkələri qarşıdakı enerji keçidinə hazırlıq səviyyəsinə görə sıralayır. Greenplexity İndeksinə əsasən, ilk beşlikdə Yaponiya, Almaniya, Çexiya, Fransa və Çin qərarlaşıb.

Braziliyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində "Yaşıl artım portalı"nın yekun versiyası qlobal ictimaiyyətə təqdim ediləcək. Bu layihə Azərbaycanın aşağı karbonlu, innovasiyaya əsaslanan və bilik yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində apardığı məqsədyönlü siyasətin növbəti mühüm addımı hesab olunur. Həmçinin layihə Azərbaycanın yaşıl keçidin iqtisadi imkanlarının genişləndirilməsi və iqlim dayanıqlığının möhkəmləndirilməsi istiqamətində beynəlxalq səviyyədə liderliyini daha da gücləndirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
COP30 çərçivəsində “Yaşıl artım portalı”nın təqdimatı keçirilib

COP30 çərçivəsində “Yaşıl artım portalı”nın təqdimatı keçirilib

15-11-2025
Nazir: "Yaşıl artım portalı" yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək"

Nazir: "Yaşıl artım portalı" yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək"

27-11-2024
COP29 çərçivəsində qlobal “Yaşıl artım portalı” təqdim edilib

COP29 çərçivəsində qlobal “Yaşıl artım portalı” təqdim edilib

15-11-2024
“Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi vacib praktiki təşəbbüsdür

“Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi vacib praktiki təşəbbüsdür

15-11-2024
Strateji araşdırma və rəqəmsallaşma sahəsində qlobal trendlər müzakirə edilib

Strateji araşdırma və rəqəmsallaşma sahəsində qlobal trendlər müzakirə edilib

18-01-2024
İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024
KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024
“Yaşıl inkişaf” portalı istifadəyə veriləcək

“Yaşıl inkişaf” portalı istifadəyə veriləcək

13-11-2024
Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq  Nyu-Yorkda müzakirə edilib

Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

24-09-2024
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

25-12-2023
COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024
“Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

“Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

05-04-2023
Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026
Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024
Azərbaycan BMT ilə “yaşıl enerji” layihələri işləyəcək

Azərbaycan BMT ilə “yaşıl enerji” layihələri işləyəcək

11-11-2022
DİA-da “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

DİA-da “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

02-12-2024
ADA Universiteti DİF-in “Strateji İntellekt” platformasına qoşulub

ADA Universiteti DİF-in “Strateji İntellekt” platformasına qoşulub

12-05-2026
Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

23-09-2024
COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024
İİTKM “Startup School 3” layihəsinə start verir

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025
COP29 konfransının proqramı açıqlanıb

COP29 konfransının proqramı açıqlanıb

09-11-2024
BTİ Baş katibi: “Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi”

BTİ Baş katibi: “Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi”

16-11-2024
KOB-ların rəqəmsallaşma və yaşıl keçid üzrə şəbəkələşməsi genişləndiriləcək

KOB-ların rəqəmsallaşma və yaşıl keçid üzrə şəbəkələşməsi genişləndiriləcək

13-11-2025
“Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməsini qarşısına hədəf qoyub”

“Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməsini qarşısına hədəf qoyub”

26-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə