Previous Next
Bağla

Baku Business Factory 1 yaşını qeyd edir

04-05-2016 10:00
Baku Business Factory 1 yaşını qeyd edir

Keçən ilin may ayının 4-də fəaliyyətə başlayan Baku Business Factory ( BBF) 1 yaşını qeyd edir.

Təşkilatdan Xeberler.az-a verilən məlumata görə, ümumilikdə, BBF 1 il ərzində 550-ə yaxın müraciət qəbul edib.  Bu müraciətlər arasından seçilən layihələr və frilanserlər BBF-in xidmətlərindən istifadə edərək öz bizneslərini qurmaq və inkişaf etdirmək yönündə dəstəklər alıb.

 Hazırda təşkilatın xidmətlərindən 19 layihə və 3 nəfər frilanser olmaqla 70 nəfərə yaxın şəxs yararlanır. Bu layihələrdən 13-ü artıq kommersiyalaşmışdır ki, onlardan 2-i hazırda öz xidmət və məhsullarının ixracı üzərində çalışırlar. Qalan 6 layihə isə hazırlıq mərhələsindədirlər.

1 il ərzində BBF tərəfindən seçilən layihələrə ofis və ofis avadanlıqları, mentorluq, biznes mövzusunda müxtəlif təlim xidmətləri göstərilmişdir. Bu xidmətlər xaricində eyni sektorda fəaliyyət göstərən başqa şirkətlərlə də əməkdaşlıqlar edilərək müxtəlif layihələrə imza atılıb.

Eyni zamanda 2015-ci ilin oktyabr ayında BBF “I Bakı Biznes Forumu”nu təşkil edərək ölkəmizdə startap mühitinin inkişafı və təbliği ilə bağlı müəyyən işlər görüb.

Hazırda BBF-də 19 startap layihəsi çalışır.

“Baku Business Factory”nin bütün işlərini həyata keçirərkən əsas diqqət etdiyi məqamlardan biri də ölkə iqtisadiyyatının şaxələnməsinə töhvə verməkdir. Təşkilatın təsisçisi Anar Əlizadə (www.anaralizade.com) öz şəxsi bloqunda da bu məqama xüsusi diqqət ayırdıqlarını vurğulamışdır. Onun sözlərinə görə, təşkilat biznes layihələrini seçərkən təkcə onların rəqabət göstərdiyi təşkilatlardan fərqlənməsinə deyil, onların bir-birindən fərqlənməsinə də əhəmiyyət verir. Bunun nəticəsi olaraq hazırda BBF-in xidmətlərindən istifadə edən 19 layihə bütün 4 əsas iqtisadi sektoru, yəni istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarını, əhatə etməklə 15 ayrı biznes fəaliyyəti növünü əhatə edir.

Gənclərin biznes təşəbbüslərinin dəstəklənilməsi yönündə aparılan işlərin nəticəsi olaraq BBF 2016-cı ilin fevral ayında “Business Time” jurnalı tərəfindən Azərbaycanda hər il üçün müəyyən edilmiş sahələr üzrə ən yaxşı şirkətlərin seçildiyi “Azeri Business Award” Milli Mükafatına layiq görülmüşdür. Bu yöndə BBF ilin gənclərlə bağlı biznes təşəbbüsü nominasiyası üzrə ilin ən yaxşı şirkəti seçilib.

Xatırladaq ki, Baku Business Factory azərbaycanlı iş adamı, Union Grand Energy PTE  Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin (www.anaralizade.com) təşəbbüsü ilə yaradılıb.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BBF startaplar üçün təlimlərə başlayır

BBF startaplar üçün təlimlərə başlayır

01-02-2016
Təşəbbüskarlıq mövzusunda biznes forum keçiriləcək

Təşəbbüskarlıq mövzusunda biznes forum keçiriləcək

05-10-2015
BBF-ə startap müraciətlərinin qəbulu davam edir

BBF-ə startap müraciətlərinin qəbulu davam edir

20-09-2015
BBF milli startapların qlobal bazara çıxmasına kömək edəcək

BBF milli startapların qlobal bazara çıxmasına kömək edəcək

14-07-2015
BBF tələbələrin startap layihələrinə dəstək olacaq

BBF tələbələrin startap layihələrinə dəstək olacaq

17-12-2015
 Startap mərkəzinə layihə seçimi nə vaxt başlayacaq?

Startap mərkəzinə layihə seçimi nə vaxt başlayacaq?

17-08-2015
Baku Business Factory-nin təşkilatçılığı ilə biznes forum keçirilir-Fotolar

Baku Business Factory-nin təşkilatçılığı ilə biznes forum keçirilir-Fotolar

10-10-2015
“Baku Business Factory” yerli startaplara dəstək verəcək

“Baku Business Factory” yerli startaplara dəstək verəcək

08-05-2015
BBF startapları hansı şərtlərlə qəbul edir?

BBF startapları hansı şərtlərlə qəbul edir?

05-10-2015
 “Daxili Motivasiya -3D Səyahət” mövzusunda  seminar keçirilib

“Daxili Motivasiya -3D Səyahət” mövzusunda seminar keçirilib

16-05-2016
BBF Code Academy ilə əməkdaşlığa başlayıb

BBF Code Academy ilə əməkdaşlığa başlayıb

21-04-2016
“Startap layihələrin dünya bazarına çıxmasına dəstək  verəcəyik”

“Startap layihələrin dünya bazarına çıxmasına dəstək verəcəyik”

10-10-2015
Startap və vergi tənzimləməsi müzakirə edilib

Startap və vergi tənzimləməsi müzakirə edilib

29-02-2016
“Startap və vergi tənzimləməsi” mövzusunda 2-ci seminar  keçirilib

“Startap və vergi tənzimləməsi” mövzusunda 2-ci seminar keçirilib

11-04-2016
Startap  Günlərinə qeydiyyat başlayıb

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015
Startap ekosisteminin inkişafı müzakirə edilib

Startap ekosisteminin inkişafı müzakirə edilib

30-04-2016
Startaplar üçün “Growth Hacking” mövzusunda seminar keçirilib

Startaplar üçün “Growth Hacking” mövzusunda seminar keçirilib

02-05-2016
Nar İlin mobil operatoru mükafatına layiq görüldü

Nar İlin mobil operatoru mükafatına layiq görüldü

12-03-2019
Tələbələrlə startapçıların görüşü keçirilib

Tələbələrlə startapçıların görüşü keçirilib

08-12-2015
Yerli startap komandamız Dubayda  fəaliyyətə başladı- Foto

Yerli startap komandamız Dubayda fəaliyyətə başladı- Foto

24-07-2017
Azərbaycanlı yeniyetmələrin startapı Dünya Çempionatının qalibi oldu

Azərbaycanlı yeniyetmələrin startapı Dünya Çempionatının qalibi oldu

21-07-2023
Azərbaycanda startapların biznes modeli araşdırılıb

Azərbaycanda startapların biznes modeli araşdırılıb

02-04-2020
Azercell “İlin Mobil Operatoru” seçildi

Azercell “İlin Mobil Operatoru” seçildi

18-12-2015
Azərkosmos ən yaxşı ofis mükafatina layiq görülüb-Fotolar

Azərkosmos ən yaxşı ofis mükafatina layiq görülüb-Fotolar

30-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə