Previous Next
Bağla

BBF milli startapların qlobal bazara çıxmasına kömək edəcək

14-07-2015 16:56
BBF milli startapların qlobal bazara çıxmasına kömək edəcək

Məlumat verdiyimiz kimi, bir müddət öncə gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi üçün Baku Business Factory (BBF) adlı yeni inkubasiya mərkəzi təsis edilib.

BBF-in missiyası biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi bazanın təmin edilməsini kompleks şəkildə həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır.

Hazırda, Mərkəzdə bir neçə tanınmış layihəyə yer verilib və onlar öz bizneslərini qurmaq istiqamətində çalışırlar.

Xeberler.az BBF-in hazırki fəaliyyəti və gələcək istiqamətləri ilə maraqlanmaq üçün Baku Business Factory-da olub.

BBF-in marketinq meneceri Rəşad Məmmədli təşkilat ilə bağlı bizə ətraflı məlumat verib.

İnkubasiya mərkəzinin fəaliyyəti iki hissəyə bölünüb: Kovörkinq və Startap mərkəzi.

Kovörkinq  mərkəzi - bu ilin may ayının əvvəlində fəaliyyətə başlayıb. Mərkəzdə hazırda bir neçə layihə fəaliyyət göstərir. Ümumilikdə 38 nəfərlik yer olan mərkəzdə hazırda 22 nəfərlik yer tutulub. Burada 8 layihə və iki nəfər frilanser (sifarişlə işləyən) öz fəaliyyətlərini həyata keçirirlər. Onların bəziləri artıq çoxlarınıza tanışdır: Smartplane, Manads, Mobchannel, Alkredit.az, Soteqa, Online Add Networks, Mediator, Nəqşicahan və qrafik dizaynla məşğul olan iki nəfər frilanser.

Öyrənirik ki, BBF təsis olunduğu gündən etibarən Kovörkinq mərkəzindən  istifadə etmək üçün 115 müraciət daxil olub. BBF İdarə Heyəti tərəfindən adını qeyd etdiyimiz layihələr seçilərək mərkəzdə öz fəaliyyətlərini həyata keçirməyə başlayıblar. Hazırda burada 16 yer boşdur və seçim üçün müraciətlərin göndərilməsi davam edir.

Layihələrin qəbul olunma qaydaları  ilə də maraqlandıq. Məlum oldu ki, daxil olan bütün müraciətlər toplanaraq həftədə bir dəfə idarə heyətinə təqdim edilir və layihələr onlar tərəfindən seçilir. Daha sonra seçilən layihələrin rəhbərləri ilə görüşülür və  həmin layihəyə Kovörkinq mərkəzində yer verilməsi ilə bağlı qərar verilir. Seçimdə daha çox layihənin biznes potensialına diqqət yetirilir, yəni ideyanın yaradıcılığı, rəqabət üstünlükləri, müştəri ehtiyaclarının nə qədər sadə yollarla qarşılanması kimi amillər əsas şərtlərdir.

BBF-də işləməyə başlayan layihələr ofisin bütün imkanlarından: iş masası, hüquqi ünvan, şəhər telefonu, resepşn, internet, printer, skaner, iclas otaqları, oyun zalı və mətbəxdən  tamamilə ödənişsiz istifadə edirlər. Onlar, həmçinin, gələcəkdə BBF tərəfindən təşkil olunacaq təlimlərdə də iştirak edə biləcəklər.

BBF-in Startap mərkəzi isə sentyabr ayından fəaliyyətə başlayacaq. Hazırda startapçıların müraciətləri qəbul olunsa da layihələrin seçimi və qəbulu payızda həyata keçiriləcək. Bütün müraciətlər bazaya toplanır. Bu günə kimi Startap layihəsi üçün göndərilən müraciətlərin sayı 73-dür.

Startaplar üçün ayrılan Mərkəzdə də olduq. Burada 16 nəfərlik yer ayrılıb. Aldığımız məlumata görə, startaplar üçün daha geniş dəstək proqramı olacaq. Belə ki, startaplara mentor dəstəyi, mühasibatlıq, marketinq dəstəyi olacaq,  yerli və xarici  mütəxəssislərin iştirakı ilə daimi təlimlər təşkil olunacaq. Həmçinin seçilən layihələrə inevstisiya dəstəyi də göstəriləcək. Startap mərkəzinin planında sponsorluq və universitetlərlə əməkdaşlıqlar da var.

BBF-in əsas məqsədi ölkədə gənclər arasında biznes vərdişlərinin formalaşdırılmasına,  dərinləşdirilməsinə və onların öz ideyalarını biznesə çevirməsinə dəstək olmaqdır. Təşkilatın təsisçisi, Anar Əlizadə öz şəxsi portalında da BBF-i təsis etməsi məqsədini açıqca vurğulayıb.

Seçilən layihələrdən heç bir maddi qarşılıq tələb etməyən BBF-in tək gözləntisi odur ki, onlar öz layihələrini inkişaf etdirib irəli getsinlər və qlobal bazarda rəqabət aparan şirkətlərə çevrilsinlər.

“Baku Business Factory” (BBF) şəhərin mərkəzində Nizami küçəsi 203 ünvanında, AF Business House-un 3-cü mərtəbəsində yerləşir. Ofisin ərazisi 620 kvadrat metrdir.

 

Məltəm Talıbzadə

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap mərkəzinə layihə seçimi nə vaxt başlayacaq?

17-08-2015

BBF-ə startap müraciətlərinin qəbulu davam edir

20-09-2015

BBF tələbələrin startap layihələrinə dəstək olacaq

17-12-2015

Baku Business Factory 1 yaşını qeyd edir

04-05-2016

“Baku Business Factory” yerli startaplara dəstək verəcək

08-05-2015

BBF startaplar üçün təlimlərə başlayır

01-02-2016

BBF startapları hansı şərtlərlə qəbul edir?

05-10-2015

“Startap layihələrin dünya bazarına çıxmasına dəstək verəcəyik”

10-10-2015

Təşəbbüskarlıq mövzusunda biznes forum keçiriləcək

05-10-2015

BBF Code Academy ilə əməkdaşlığa başlayıb

21-04-2016

“Daxili Motivasiya -3D Səyahət” mövzusunda seminar keçirilib

16-05-2016

Baku Business Factory-nin təşkilatçılığı ilə biznes forum keçirilir-Fotolar

10-10-2015

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

Startap və vergi tənzimləməsi müzakirə edilib

29-02-2016

Startap ekosisteminin inkişafı müzakirə edilib

30-04-2016

Tələbələrlə startapçıların görüşü keçirilib

08-12-2015

“Startap və vergi tənzimləməsi” mövzusunda 2-ci seminar keçirilib

11-04-2016

INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14-12-2018

Yeni startapçılar yetişir - İnkubator Mərkəzindən Fotoreportaj

13-03-2015

Azərbaycanın startap ekosistemində yeni təkan - Sup

04-12-2015

Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

17-03-2017

“Barama İnkubasiya 2021” proqramı davam edir

09-03-2021

Startaplar üçün “Growth Hacking” mövzusunda seminar keçirilib

02-05-2016

Azərbaycan AgroX innovasiya proqramına start verir

19-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə