Previous Next
Bağla

Azercell Gəncədə startapçılar ilə görüşüb

28-09-2017 18:21
Azercell Gəncədə startapçılar ilə görüşüb

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yerli startapların inkişafı üçün layihələrini davam etdirir.

Mərkəz əməkdaşları bu dəfə Gəncədə fəaliyyət göstərən startapları bir araya gətirib. Sentyabrın 25-də Azərbaycan Texnologiya Universitetində keçirilən görüş biznes ideyalarının stimullaşdırılmasını və praktik biliklərin paylaşılmasını təmin etmək məqsədini daşıyıb.

Xeberler.az-ın məlumatına görə, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları sahibkarlıq haqqında maarifləndirici məlumatları startaplarla bölüşərək, öz işlərini qurmaq üçün onlara dəyərli məsləhətlər veriblər. Gəncədə keçirilən tədbir möhtəşəm ideyası olan və öz biznesinə başlamaq istəyən, və yaxud, hələ konkret bir ideyası olmayan, amma sahibkar olmaq istəyən insanlar üçün əla fürsət olub.

Qeyd edək ki, görüşdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin layihə koordinatorları  Fidan Tofidi və İradə Məmmədova, Xtreme Pro və Green Baku ekoloji dəftərxanasının təsisçisi Samir Qədirov və Technote Media Platformasının Baş icraçı direktoru və təsisçisi Fərid Pərdəşünas iştirak ediblər. Tədbirin sonunda Gəncə startapları üçün elan edilən “Ganja Big İdea Competition” müsabiqəsi haqqında iştirakçılara geniş məlumat verilib və hər kəs bu müsabiqədə fəal iştiraka çağrılıb. Məlumat üçün bildirək ki, Gəncə şəhərində ilk dəfə təşkil edilən Böyük İdeya Müsabiqəsi bölgələrdən gələn tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və təqdim etməklə mükafatlar qazanmaq imkanı verir. Müsabiqədə iştirak etmək istəyənlər 11 sentyabr-10 oktyabr, 2017-ci il tarixlərində https://goo.gl/forms/gULN8W3glCtEFj5F2 linki vasitəsilə qeydiyyatdan keçə bilər.

Bütün təqdimatlar qəbul edildikdən sonra münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yaxşı 10 təqdimat finalçı olaraq seçiləcək və 12 oktyabr tarixində Barama internet səhifəsində və bütün iştirakçıların email ünvanına məktub göndərilməklə elan ediləcək. Oktyabrın 16-da keçiriləcək finalda isə komandalar öz ideyalarını hakim heyətinə təqdim edəcəklər. Komandalar finalda biznes-planla birlikdə təqdimat hazırlamalı və 10 dəqiqə ərzində çıxış etməlidirlər. Qalib gələn komandalar aşağıdakı hədiyələrlə mükafatlandırılacaqlar:

1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu

2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu

3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu

"Ganja Big Idea Competition" ideya müsabiqəsinin məqsədi müxtəlif,  o cümlədən  mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları sahələrində  innovativ ideyaların tapılmasıdır. 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell-dən yeni müsabiqə

Azercell-dən yeni müsabiqə

14-09-2017
  Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

17-10-2017
Startapçı həyatından bir gün

Startapçı həyatından bir gün

12-10-2018
Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018
Startaplar üçün növbəti şans

Startaplar üçün növbəti şans

09-08-2017
Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018
Proqramçıların sevimli müsabiqəsi başlayır

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018
Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək

Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək

18-10-2018
Barama Regional Sahibkarlıq Konfransı baş tutub

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018
Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

13-08-2018
TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016
TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

TechFall 2016 Hackathon yarışmasına qeydiyyat başladı

18-10-2016
Proqramçılarımızın yarışı başlayıb-Onlar gecə yatmayacaq

Proqramçılarımızın yarışı başlayıb-Onlar gecə yatmayacaq

05-11-2016
İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

21-11-2019
İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018
Qadın proqramçılarımızın yarışı keçiriləcək

Qadın proqramçılarımızın yarışı keçiriləcək

11-10-2016
Azercell-dən tələbələrə daha bir dəstək

Azercell-dən tələbələrə daha bir dəstək

06-12-2017
Barama məktəblilər üçün yeni layihəyə başlayır

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017
Seedstars World növbəti dəfə Bakıya gəlir- 1 milyon qazanmaq imkanı

Seedstars World növbəti dəfə Bakıya gəlir- 1 milyon qazanmaq imkanı

21-04-2017
Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

07-06-2019
A’Startap Sammitinə qeydiyyat başladı

A’Startap Sammitinə qeydiyyat başladı

27-06-2018
Azercell-dən startapçılar üçün yeni layihə

Azercell-dən startapçılar üçün yeni layihə

23-09-2017
Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019
Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə