Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı keçiriləcək

11-06-2010 / 00:19

Cari ilin  İyun aynın 22 -si və 23-ü tarixlərində  Sumqayıt şəhərində “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı keçiriləcək. Şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin xeberler.az-a verdiyi məlumata görə Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş festival “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilir.

Festival çərçivəsində “İnformasiya və kommunikasiya texnologiyaları Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqaməti kimi”, “Xalq kompüteri” layihəsi. İKT peşəsinə artan maraq və İKT sahəsində ixtisaslaşmaq imkanlar”, “Azərbaycanın təhsil sektorunda həyata keçirilən İKT layihələri”, “Azərbaycan təhsilinin informasiyalaşdırılması”, “İnternetləşmə və Azərbaycan gənclərinin sosial şəbəkələşməsində rolu” mövzuları geniş müzakirə olacaqdır.
Festival iştirakçıları həmçinin Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə, Sumqayıt Elektrik Stansiyası və BİSMAK Qida-Sənaye Kompleksində informasiya texnologiyalarının tətbiqi ilə, eləcədə şəhərin bir neçə mədəniyyət obyektləri ilə yaxından tanış olacaqlar. 

Festivalın ilk günündə sərgi-yarmarkanın açılışı olacaq. Kimyaçılar Mədəniyyət Sarayının foyesində təşkil olunacaq sərgidə müsabiqədə fərqlənmiş işlər nümayiş etdiriləcək.

Festival çərçivəsində Sumqayıt şəhərində məktəblilər və tələbələr arasında keçirilən informasiya texnologiyaları layihələri üzrə “Gənc İnformatiklər” müsabiqəsinin qalibləri də elan olunacaq.  “Elektron təhsil” Respublika müsabiqəsinin tərkib hissəsi olan və “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən bu müsabiqəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, və Qafqaz Universiteti təşkilati dəstək göstərirlər. Müsabiqənin baş sponsoru HP şirkəti, sponsorları isə Microsoft korporasiyası, Bestcomp şirkəti və Aztelekom İB-dir.

Müsabiqənin məqsədi məktəblilərin və tələbələrin müasir informasiya və kommunikasiya texnologiyalarına marağını artırmaq və onların İKT-dən istifadə bacarıqlarını təkmilləşdirmək, eləcə də tədris müəssisələrində İKT-nin tətbiqini stimullaşdırmaqdır. Sumqayıt şəhərində bu müsabiqə artıq ənənəvi olaraq keçirilir.

Müsabiqə üzrə “veb-sayt (İnternet səhifə) hazırlanması”, “bloqların hazırlanması”, “təqdimat işlərinin hazırlanması”, “mətn yığıcılığı” nominasiyaları üzrə qaliblər müəyyən ediləcək.  //xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə