COVID-19 pandemiyası bütün sahələrə ziyan vurub. Bunun da həlli innovasiyadadır. Bu innovativ həllər haqqında beynəlxalq jurnallar da yazır. Azərbaycan startap ekosistemi də öz növbəsində dünyaya innovativ təkliflər verir.
Xeberler.az bildirir ki, bu ilin əvvəlində ölkəmizdə keçirilmiş “Hack Cov-19” tədbirinin səs-sorağı dünyanın ən məşhur biznes-innovasiya medialarından da gəlir. Belə medialardan biri “Forbes” jurnalıdır. “Forbes’un yeni məqaləsində pandemiya zamanı dünyada tətbiq olunmuş innovativ həllər haqqında danışılır və məqaləninin daxilində yerli akselerasiya mərkəzi “SUP.VC” şirkətinin təşkil etdiyi “Hack Cov-19” qeyd olunub. Tədbir “Forbes” jurnalında aşağıdakı kimi qeyd olunub:
“Hətta Avrasiyadan Azərbaycan pandemiya zamanı bir-birlərinə daha yaxşı dəstək olmaq üçün ictimaiyyətə kömək etmək məqsədi ilə Qlobal Virtual Hakatona ev sahibliyi etdi və Polşa komandası qalib oldu”
"Tədbir elə böyük bir təzyiq altında baş verdi ki, bir ay belə hazırlaşmadan qlobal ictimaiyyətin mübarizəsinə kömək etmək üçün əla qərarlar qəbul edə bildik" tədbirin təşkilatçısı və SUP.az-ın icraçı direktoru Vüsal Kərimli bildirdi.
Qeyd edək ki, təşkil olunmuş “Hack Cov-19” adlı hakatonda 45 ölkədən 600-dan çox müraciətçi iştirak etmişdi.
2015-ci ildə qurulan “SUP.VC” şirkəti startaplara xarici və yerli mentorlar vasitəsi ilə məhsulu inkişaf etdirilməsində, müştəri bazası toplamaqda, investorların cəlbində kömək edən startap akseleratorudur. Qlobalda 38 mentoru olan və 22 startap şirkətində paya sahib olan şirkət 12 beynəlxalq hackatona ev sahibliyi edib. 2020-ci ildən etibarən şirkət həm Budapeşt, həm də Tallində Avropa ofisini açıb və xidmətlərini daha da genişləndirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri