SanDisk Extreme Pro Sürətli CompactFlash yaddaş kartları istehsal edib. Cihaz 64 GB-a qədər tutum təqdim edir. Yaddaş kartı mütəxəssisi SanDisk, CompactFlash (CF) kartlarının sürətini iki qat artırıb.
Yeni Extreme-Pro məhsul ardıcıllığı saniyədə 90 MB-a qədər transfer nisbətinə çata bilir. Bu sürət artımının təməlində SanDiskin “Power Core Controller” adındakı yeni yaddaş nəzarət edicisi durur.
Nəzarət edici bir-birinə paralel iki məlumat yolu və ağıllı bir proqram alqoritmiylə işləyir. Yüksək köçürmə nisbətlərindən xüsusilə professional fotoqraflar faydalanır: Aşağı gecikmə müddətlərinin köməyi ilə ardıcıl çəkilişlər daha sürətli yazılır və kompüterə kopiyalama daha sürətli olur. Extreme-Pro kartlar xarici təsirlərə də dayanıqlıdır: CF kartlar üç metrə qədər düşməyə davamlıdır və -25 ilə 85 dərəcə arası istiliklərdə işləyə bilir. Kartın üzərindəki RTV silikondan düzəldilmiş örtük nəm və yaşlığa qarşı qoruyur. ExtremePro kartlar 16, 32, 64 GB yığma variantlarıyla təqdim edilir.
Qiymətləri isə ardıcıl olaraq 260, 460 və 860 Avrodur. ExtremePro kartlar mövcud Extreme-IV ardıcıllığının yerinə keçəcək. SanDisk əlavə olaraq saniyədə 90 MB məlumat axımını mümkün edən, yeni kartlar üçün optimizə edilmiş ExpressCard adapteri də təqdim edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri