Fləş yaddaşlar, hard disklər və Micro SD kartları ilə məşhur olan SanDisk firması, bu günə qədər çıxarılan ən yüksək həcmli Micro SD kartı hazırlamağı bacardı. Rekordu qıran SanDisk, 200 GB-lıq yaddaş sahəsinə sahib olan bir Micro SD kart təqdim etdi.
20 saata qədər yazılan Full HD formatlı videoları yaddaşında saxlaya bilən kart xüsusilə səs və video faylları ilə əlaqədar işləyən insanlara çox kömək olacaq. 200 GB SanDisk Ultra microSDXC UHS-I adı ilə bazara çıxacaq olan kart Premium səviyyəli məhsuldur. Ən böyük microSD kartını ötən il istehsal edən SanDisk firması, 128 GB-lıq rekordunu 200 GB-a qədər artıraraq olduqca yaxşı nəticə göstərdi.
Xüsusilə ağıllı telefon və tablet sahiblərinin işinə yarayacaq olan 200 GB-lıq kart Android mobil telefon sahiblərini sevindirdi. Saniyədə 90 MB transfer sürətinə sahib olan kart, dəqiqədə təxminən 1200 fotoşəkil transferi reallaşdıra bilir. 399 Dollar qiymət ilə satışa təqdim ediləcək olan SanDisk-in yeni microSD kartının, 2015-ci ilin ikinci rübündə satışa çıxacağı ifadə edildi.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri