“Technest” Təqaüd Proqramı çərçivəsində yeni tədris ili üzrə təlimlərə qeydiyyat başladı.

26-09-2022 / 13:33
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyiə ilə keçirilən “Technest” Təqaüd Proqramı çərçivəsində yeni tədris ili üzrə təlimlərə qeydiyyat başladı.
Xeberler.az bildirir ki, yeni tədris ilində “İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən Təqaüd Proqramı çərçivəsində 6 regionda (Gəncə, Zaqatala, Mingəçevir, Şəki, Lənkəran və Naxçıvanda) İT əsasları və Veb əsasları üzrə qeydiyyat başlamışdır. Təlim 6 ay müddətində keçiriləcəkdir.
Təqaüdlü yerlərin tutulması prosesi müsabiqə əsasında 3 mərhələdən ibarət olacaqdır:
• I mərhələ: Məntiq testi
• II mərhələ: İxtisas üzrə test imtahanı
• III mərhələ: Müsahibə
Proqrama qoşulmaq üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilirsiniz:
Xatırladaq ki, proqramın məqsədi gənc mütəxəssislərin praktiki bilik və bacarıqlar qazanaraq, ixtisaslarını artırmalarına və karyeralarının inkişafına köməklik göstərməkdir. Təlimləri uğurla bitirənlər diplom ilə təltif olunacaq və işə düzəlmələrinə dəstək veriləcəkdir.
Son qeydiyyat tarixi: 9 oktyabr

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə