Previous Next
Bağla

Rusiya Nəqliyyat Universiteti təhsil təqaüd proqramı elan edir

18-12-2024 16:30
Rusiya Nəqliyyat Universiteti təhsil təqaüd proqramı elan edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2025 – 2026-cı tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə müsabiqə elan olunur.

Müsabiqədən keçən namizədlər Rusiya Federasiyasının Rusiya Nəqliyyat Universitetində (Российский университет транспорта (МИИТ)) təhsil almaq üçün təqaüd proqramından yararlana bilərlər. Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədi daşıyır.

Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet, magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetə hazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir. Tədris rus dilində aparılır.

Təminat:
• Təhsil haqqının tam ödənilməsi
• Aylıq təqaüd
• Rus dilini bilməyən tələbələr üçün 1 illik ödənişsiz rus dili hazırlıq kursları

Müsabiqədə iştirak edə bilər:

Məktəb, lisey, gimnaziya, kollec, texnikum və universitet məzunları (və ya təhsilini bu ildə bitirəcək tələbələr və şagirdlər)

Seçim turları:

1. Riyaziyyat və məntiqdən onlayn test
2. Oflayn müsahibə (Azərbaycan və rus dillərində)

Ərizələrin qəbul tarixi: 18.12.2024 – 05.01.2025

Qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz.

Testlərdən uğurla keçən və universitetə qəbul olunanlardan bu sənədlər tələb olunacaq:

1. Pasportun skan edilmiş surəti və pasportun rus dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsinin skan edilmiş surəti
2.Təhsil sənədlərinin skan edilmiş surətləri (orta təhsil haqqında attestat, diplomlar) və onların notarial qaydada təsdiq edilmiş tərcümələrinin skan edilmiş surətləri
3.Tibbi arayışın skan edilmiş surəti
4. İİV (HIV)-mənfi sertifikatın skan edilmiş surəti
5. Ərizə – anketMəlumat üçün bildirək ki, Rusiya Nəqliyyat Universiteti  Rusiya Federasiyasının aparıcı milli nəqliyyat universiteti olmaqla yanaşı, həm də ən böyük sənaye universitetidir. Bu ali məktəb nəqliyyat sənayesinin inkişafı üçün kadr təminatı və elmi dəstək üçün baza platforması rolunu oynayır.

Təhsil müddətini uğurla başa vuran tələbələrə Azərbaycana qayıtdıqdan sonra nəqliyyat sahəsində fəaliyyət göstərən qurumlara işə qəbul zamanı üstünlük veriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazirlik İnformatikanın üstündən birdəfəlik xətt çəkmək niyyətindədir

Nazirlik İnformatikanın üstündən birdəfəlik xətt çəkmək niyyətindədir

28-04-2017
Xaricdə təhsil üçün ərizələr yalnız elektron qaydada qəbul ediləcək

Xaricdə təhsil üçün ərizələr yalnız elektron qaydada qəbul ediləcək

09-04-2015
NRYTN ilə Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

NRYTN ilə Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

26-06-2021
UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

02-04-2020
10 957 nəfər elektron qaydada müraciət edib

10 957 nəfər elektron qaydada müraciət edib

29-07-2022
Gürcüstanda rus dilində yayımlanacaq televiziya fəaliyyətə başlaya bilər

Gürcüstanda rus dilində yayımlanacaq televiziya fəaliyyətə başlaya bilər

24-12-2009
Nar-dan tələbələrə təqaüd proqramı

Nar-dan tələbələrə təqaüd proqramı

22-09-2018
Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015
Azercell tələbələrlə görüşüb

Azercell tələbələrlə görüşüb

14-10-2017
Nazirlikdən  İnformatika  fənni ilə bağlı açıqlama

Nazirlikdən İnformatika fənni ilə bağlı açıqlama

07-08-2017
Qərb Universiteti  distant təhsil almaq istəyənlər üçün qəbul elan edib

Qərb Universiteti distant təhsil almaq istəyənlər üçün qəbul elan edib

05-09-2016
Nar tələbələr üçün təqaüd proqramı elan edir

Nar tələbələr üçün təqaüd proqramı elan edir

23-09-2019
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

03-02-2026
 "Rusiya sülhməramlıların nəzarətində olan ərazilərimizdə nə baş verdiyini biz mütəmadi izləyirik"

"Rusiya sülhməramlıların nəzarətində olan ərazilərimizdə nə baş verdiyini biz mütəmadi izləyirik"

11-05-2023
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqaüd proqramı elan edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqaüd proqramı elan edir

08-09-2021
5 tələbə Nar-dan təqaüd alacaq

5 tələbə Nar-dan təqaüd alacaq

12-10-2018
Facebook rus istifadəçilərin şəxsi məlumatından imtina edir

Facebook rus istifadəçilərin şəxsi məlumatından imtina edir

26-08-2015
“AzInTelecom” ADA Universiteti ilə ikinci təcrübə proqramına  start verib

“AzInTelecom” ADA Universiteti ilə ikinci təcrübə proqramına start verib

19-08-2020
“IT SkillSprint”in qeydiyyatına son 3 gün qalıb

“IT SkillSprint”in qeydiyyatına son 3 gün qalıb

18-12-2025
Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

04-12-2025
Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

14-10-2019
Təhsil Nazirliyi universitetlərə məsafədən tədrislə bağlı təklif verib

Təhsil Nazirliyi universitetlərə məsafədən tədrislə bağlı təklif verib

18-03-2020
Yapon saytında Azərbaycan vətəndaşlarına Təqaüd Proqramı təklif olunur

Yapon saytında Azərbaycan vətəndaşlarına Təqaüd Proqramı təklif olunur

04-02-2009
Uğurlu karyeraya Azercell-lə addımla!

Uğurlu karyeraya Azercell-lə addımla!

04-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə