Mayın 1-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada “TECHNOFEST-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı açılıb.
Xeberler.az Azərtaca istinadən məlumat verir ki, 11-ci “TECHNOFEST-2025” festivalı ŞKTC Prezident administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) tərəfindən fəal dəstəklənir.
Təşkilatçılar festivalda iştirak etmək üçün dünyanın 22 ölkəsindən, o cümlədən Azərbaycan, Pakistan, İndoneziya və Almaniyadan 47 mindən çox müraciəti təsdiqləyiblər. Lefkoşadakı Ercan Beynəlxalq Hava Limanının ərazisində keçirilən müsabiqənin final mərhələsinə Azərbaycan da daxil olmaqla 1083 iştirakçının daxil olduğu 268 komanda çıxıb.
Altı əsas və 13 alt kateqoriya üzrə yarışlar mayın 4-dək davam edəcək.
Ümumi sahəsi 100 min kvadratmetr olan festival məkanında 132 qabaqcıl texnologiya və müdafiə şirkəti, müxtəlif strukturlar və universitetlərin ən son inkişafları nümayiş etdiriləcək. Burada Türkiyə astronavtları ilə görüşlər də təşkil ediləcək.
“TECHNOFEST-2025” çərçivəsində pilotaj qruplarının çıxışı da nəzərdə tutulub. “Solotürk” və “Türk Ulduzları”ndan olan pilotlar ŞKTC paytaxtının səmasında bacarıqlarını nümayiş etdirəcəklər.
Bundan başqa, F-4 və HÜRKUŞ təyyarələrinin, ATAK hücum helikopterlərinin, ANKA-3, “Bayraktar TB2” və “Bayraktar TB3” tipli pilotsuz uçuş aparatlarının uçuşları planlaşdırılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkizinci ildir keçirilən “TECHNOFEST-2025” festivalının tribunasında iştirakçılar qarşısında çıxış edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları