Previous Next
Bağla

Təhsil, biznes, qeyminq: hansı sahələrə 2022-ci ildə blokçeyndə daha çox səs verirlər

30-08-2022 14:58
Təhsil, biznes, qeyminq: hansı sahələrə 2022-ci ildə blokçeyndə daha çox səs verirlər

2022-ci ilin birinci yarısında təhsil müəssisələri blokçeyn üzrə onlayn səsvermədən digər təşkilatlara nisbətən daha çox istifadə ediblər. Bu tendensiya bütün dünyada müşahidə olunur. Kaspersky mütəxəssisləri Polys* platformasının işinin nəticələrini təhlil edərək bu qənaətə gəliblər. Blokçeynin köməyi ilə təhsil müəssisələrinin keçirdiyi seçkilərin payı 57 faiz təşkil edib. İkinci yerdə kommersiya şirkətləri gəlir, onların payı 2021-ci illə müqayisədə iki dəfə artaraq 14%-ə çatıb.

Xeberler.az bildirir ki, müəssisələr Polys-dən müxtəlif məqsədlər üçün istifadə edirlər: rəhbər şəxsləri seçmək, nominasiyalarda və korporativ müsabiqələrdə qalibləri müəyyən etmək, komanda quruculuğu (teambuilding) üçün fəaliyyətlərin müəyyən edilməsi, konfransların təşkili və ya ofisə qayıtma tarixinin müəyyən edilməsi kimi daxili məsələləri həll etmək. Platforma həmçinin şirkətin məhsulları və xidmətləri haqqında işçilərin rəylərini toplamaq və onların təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul etmək üçün istifadə olunur. Maraqlıdır ki, 2022-ci ildə Polys istifadəçiləri arasında qeymerlər də yer alıb. Platforma onlara liderləri və ya ən yaxşı oyunçuları, eləcə də komanda adlarını seçməkdə kömək edir.

Blokçeyndə səsvermənin populyarlığı pandemiyanın əvvəlindən, bütün dünyada oflayn tədbirlərin məhdudlaşdırıldığı vaxtdan əhəmiyyətli dərəcədə artıb və davamlı olaraq öz yüksək səviyyəsini saxlayır. Bir çox məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, insanlar üçün uzaqdan, o cümlədən, onlayn səsvermə formatında kollektiv qərarlar qəbul etmək daha rahatdır.

"Polys istifadəçiləri tətbiqin imkanlarını yüksək qiymətləndiriblər və onu yalnız pandemiya məhdudiyyətləri dövründə əlverişli variant kimi deyil, həm də geniş spektrli vəzifələrin həlli üçün etibarlı vasitə kimi qəbul ediblər", - deyə Polys şirkətinin rəhbəri Daniil Kaptsan bildirib. “Biz məhsulumuzun məxfilik və səsvermə təhlükəsizliyi kimi əsas üstünlüklərini qoruyarkən, mümkün qədər faydalı qalması üçün onu inkişaf etdirməyə davam edəcəyik.”

2022-ci ildə Polys rəqəmsal səsvermə sistemi “Digital Democracy Report” (Rəqəmsal Demokratiya Hesabatı) tərəfindən ardıcıl ikinci il ən etibarlı rəqəmsal demokratiya məhsulları sırasına daxil edilib. Bu hesabat Solonian Democracy Institute (Solonian Demokratiya İnstitutu) tərəfindən hazırlanıb. İnstitutun mütəxəssisləri Polys-in sadə interfeysi və səsvermənin məxfiliyinə zəmanət vermək qabiliyyətini xüsusilə qeyd ediblər.

Sistem haqqında daha ətraflı məlumat: https://ru.polys.me/.

* Blokçeyndə uzaqdan səsvermənin təşkili üçün şirkətin həlli. Polys sisteminin dünya üzrə anonimləşdirilmiş statistik məlumatları.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rusiyada seçkilər zamani blokçeyn texnologiyalardan istifadə edilib

Rusiyada seçkilər zamani blokçeyn texnologiyalardan istifadə edilib

20-09-2021
Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

13-12-2018
Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022
Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

Kriptoçöküş və artan ağıllı hücumlar: DdoS hücumlarının 2022-ci ilin 2-ci rübündəki mənzərəsi

19-08-2022
Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

12-05-2017
Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022
Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020
AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub

AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub

02-11-2018
Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını  izləyə biləcəklər

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022
"Rəqəmsal maliyyə xidmətləri təklif edən startapların sayı artıb”

"Rəqəmsal maliyyə xidmətləri təklif edən startapların sayı artıb”

30-05-2023
2021-ci ildə kiberhücumların sayında kəskin artım qeydə alınıb

2021-ci ildə kiberhücumların sayında kəskin artım qeydə alınıb

15-07-2021
Dünyada kiberhücumların sayı artıb

Dünyada kiberhücumların sayı artıb

30-08-2021
AppLab iştirakçıları üçün seminar keçirilib

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018
Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018
Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021
Anjelika Layr: "Blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlanmalıdır"

Anjelika Layr: "Blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlanmalıdır"

11-09-2024
Kaspersky pandemiya ilə bağlı araşdırma edib

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020
Milli Net 2010-da  1-ci səsvermənin müddəti 2  gün uzadılıb.

Milli Net 2010-da 1-ci səsvermənin müddəti 2 gün uzadılıb.

20-11-2010
Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

14-12-2018
Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib

Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib

21-04-2021
Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə