Previous Next
Bağla

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021 18:21
Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

Kaspersky-nin məlumatın görə, dünya üzrə insanların yarısından çoxunun (54%) uzaqdan iş rejiminə keçdikdən sonra iş yükü artıb, 18%-də isə bu artım daha çox olub. Buna baxmayaraq, insanların 36%-nin ofis işinə nisbətən günün sonunda daha çox enerjisi qalır.

Ümumilikdə, respondentlərin 41%-i distant iş formatına keçərək özünü daha rahat hiss etməyə başlayıb. Eyni zamanda, iş yoldaşlarından uzaq düşdüyünə görə diskomfort yaşayanların payı da yüksəkdir: 36% daha çox yorulub, 33% isə özünü daha narahat hiss edir.

Qarışıq iş formatı (yarı evdən, yarı ofisdən) populyarlıq qazanmaqdadır. 2021-ci ilin ortalarına doğru dünya üzrə 45% insan bu və ya digər səbəbdən bu iş tərzinə keçib. Kaspersky uzaqdan və ya hibrid formatda işləyən hər kəsə əsas informasiya təhlükəsizliyi qaydalarını xatırladır: xüsusilə, tanımadığınız şəxslərdən gələn şübhəli linkləri açmayın, hər bir hesab üçün ayrıca mürəkkəb şifrələr yaradın və onları müntəzəm olaraq dəyişin.

“Uzaqdan iş formatı artan informasiya təhlükəsizliyi riskləri, o cümlədən, kölgə İT, yəni şirkətlər tərəfindən təsdiqlənməyən və buna baxmayaraq, əməkdaşların iş üçün istifadə etdikləri xidmətlərin aktiv tətbiqi ilə əlaqələndirilir”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib. “Buna görə də, əməkdaşların rəqəmsal savadlılığını artırmaq, həmçinin əməkdaşları uzaqdan işləyən təşkilatların müdafiəsinə yönəlmiş xüsusi profilaktik tədbirlər görmək çox vacibdir”.

Kaspersky əməkdaşları uzaqdan işləyən təşkilatlara aşağıdakı kiber təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

1. bütün iş cihazları, proqram təminatları, tətbiqlər və xidmətləri müntəzəm qaydada yeniləmək;

2. İT dravyerlərindən istifadəyə ciddi nəzarət etmək, kənar tətbiqlərin yüklənməsini
məhdudlaşdırmaq;

3. əməkdaşların sistemə giriş hüquqlarını yoxlamaq və lazım gəldikdə onları yeniləmək;

4. əməkdaşlar üçün ikifaktorlu identifikasiyalı VPN giriş quraşdırmaq;

5. müntəzəm qaydada informasiya təhlükəsizliyi təlimləri keçmək;

6. biznes üçün mobil cihazlar da daxil olmaqla, bütün son cihazlarda Kaspersky Endpoint Security Cloud kimi yoxlanılmış qoruma həlləri quraşdırmaq.

Kaspersky-nin bu həlli kölgə İT resurslarını aşkarlamaq funksiyasına malikdir. Bu həll şirkətin təhlükəsizlik perimetrini qoruma altına almağa imkan verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

Kaspersky evdən işləməyin niyə rahat olduğunu müəyyən edib

14-12-2020

Kaspersky: yeni texnologiyaların tətbiqi və maaş artımı sahibkarlar üçün prioritetdir

04-10-2021

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

18-11-2020

Kaspersky: sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır

07-12-2021

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

19-01-2022

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə