Previous Next
Bağla

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022 10:11
Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını  izləyə biləcəklər

Uşaqların əksəriyyəti həyatlarını smartfonlar və rəqəmsal məzmun olmadan təsəvvür edə bilmirlər. "Kaspersky"nin məlumatına görə, 2022-ci ilin birinci rübündə Azərbaycanda ən populyar tətbiq "YouTube" olub. Onun payına uşaqların ilin ilk üç ayında on ən populyar tətbiqdə sərf etdikləri ümumi vaxtın üçdə biri düşüb. İkinci və üçüncü yerdə müvafiq olaraq "WhatsApp" və "TikTok" gəlir.

Xeberler.az bildirir ki, "YouTube"da məzmuna baxmağı daha təhlükəsiz etmək üçün "Kaspersky" tərəfindən "Kaspersky Safe Kids" həlli daha da təkmilləşdirilib. İndi valideynlərə bu populyar video hostinq xidmətində axtarış tarixçələrinə baxmaq imkanı verən “YouTube-da təhlükəsiz axtarış” funksiyasına əlavə olaraq, valideynlər uşaqlarının məhz hansı videolara baxdıqlarını da izləyə biləcəklər. "Kaspersky Safe Kids"in iOS versiyasında veb-nəzarət və ekran vaxtına nəzarət funksiyalarının imkanları genişləndirilib. Birinci funksiya, axtarış sorğularının tarixçəsinə baxmaq, kateqoriyalar üzrə saytlara girişi məhdudlaşdırmaq, icazə verilən/qadağan olunan saytların siyahısını yaratmaq və girişi seçim əsasında bloklamaq, o cümlədən, yalnız valideyn tərəfindən icazə verilən saytlara daxil olmağa imkan verir. Filtrləmə imkanı əksər populyar brauzerlər üçün mövcuddur. Ekran vaxtının məhdudlaşdırılmasına gəlincə, əvvəllər uşaq sadəcə olaraq cihazdan istifadə üçün icazə verilən vaxtın bitdiyi barədə bildiriş alırdı. İndi isə bu baş verdikdə, cihaz valideynlərə zəng etmək imkanı qalmaq şərtilə kilidə düşə bilər (əgər valideyn bu funksiyanı aktivləşdiribsə).

“Hər bir valideyn əmin olmaq istəyir ki, övladı internetdə heç bir təhdidlə üzləşmir. Müasir texnologiya uşaqların onlayn təhlükəsizliyini qorumaq üçün ən yaxşı üsuldur. Baxış tarixçəsi funksiyası uşağın maraqlarını daha yaxşı anlamağa və bu məlumatdan etibarlı münasibət qurmaq üçün istifadə etməyə imkan verir. Eyni zamanda, unutmaq olmaz ki, uşağın öz sərhədləri var və onun şəxsi həyatına hər hansı müdaxilə mümkün qədər diqqətlə müşayiət olunmalıdır”, - deyə "Kaspersky"nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Uşaqların şəbəkədə keçirdiyi vaxtı daha təhlükəsiz etmək üçün "Kaspersky" valideynlərə tövsiyə edir:

  • övladlarınızla onların rəqəmsal həyatı – internetdəki məşğuliyyətləri və görməli olduqları təhlükəsizlik tədbirləri haqqında daha çox danışın;
  • məxfilik müqavilələrini diqqətlə oxumağı, məxfilik parametrlərinə nəzarət etməyi özünüz öyrənin və uşaqlarınıza da öyrədin;
  • lazım gələrsə, valideyn nəzarəti üçün tətbiq quraşdırın, lakin əvvəlcə uşağınızla həmin tətbiqin nə olduğunu və bu qərarı niyə verdiyinizi müzakirə edin.

 

Şirkət “Kaspersky Safe Kids” həllini nə etməyindən – oyun oynamaq, təhsil almaq və ya dostlarla ünsiyyət saxlamaq – asılı olmayaraq, uşaqların onlayn təhlükəsizliyini təmin etmək üçün hazırlayıb. Onun köməyi ilə valideynlər uşağın internetdə nə qədər vaxt keçirməsindən xəbərdar ola, həmçinin onu arzuolunmaz məzmundan qoruya bilərlər. Bundan əlavə, məhsul geolokasiya funksiyası sayəsində uşağın cari yerini müəyyən etməyə imkan verir ki, bu da onun şəhərdə tək gəzməsi barədə narahatlığı aradan qaldırır.

"Kaspersky Safe Kids" həlli müntəzəm olaraq mükafatlar qazanır. Məsələn, 2022-ci ildə “Make Use Of” onlayn texnologiya portalı onu ən yaxşı valideyn nəzarəti proqramı adlandırıb, 2021-ci ildə isə müstəqil AV-TEST laboratoriyası tərəfindən aparılan sınaqların nəticələrinə görə, o, “Approved Parental Control Software” (Təsdiqlənmiş Valideyn Nəzarəti Proqramı) sertifikatına layiq görülüb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016

Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

03-07-2020

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

02-12-2015

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016

"Chrome"-dən yenilik

24-10-2013

Valideynlər uşaqların Shorts-a baxışına nəzarət edə biləcək

15-01-2026

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020

Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

08-09-2021

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017

Kaspersky-in nümayəndəsi: Kiber təhlükəsizliyin tam təmin edilməsinə dair fərdi həllər təklif edirik

29-04-2020

Psixoloq: Valideynlər uşaqların mobil cihazlardan istifadəsinə məhdudiyyət qoymalıdır

19-03-2020

Azercell internet təhlükəsizliyi ilə bağlı yeni layihəsini təqdim edib

01-06-2016

2023-cü il üçün 5 faydalı rəqəmsal vərdiş

23-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə