Previous Next
Bağla

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020 17:27
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky-nin statistikasına əsasən, 2020-ci ilin aprel ayında dünyada oyun mövzusuna aid yoluxmuş saytlara gündəlik giriş cəhdlərinin sayı yanvar ayı ilə müqayisədə 54% artıb. Çox vaxt təcavüzkarlar istifadəçilərin diqqətini cəlb etmək üçün Minecraft oyun adından istifadə ediblər. Bu ad 130 mindən çox hücumda iştirak edib. Bundan əlavə, Counter Strike: Global Offensive və The Witcher istismar olunan ən yaxşı 3 oyun adı arasında yer alır.

Ən məşhur oyun platformalarından biri olan Steam-in adı da fəal istifadə edilib. Aprel ayında ona göndərişlər vasitəsilə fişinq səhifələrinə keçid cəhdlərinin sayı, fevral ayına nisbətən 40% artıb. İstifadəçiləri cəlb etmək üçün "yem" sırasına populyar oyunların pulsuz versiyaları, yeniləmələr və genişləndirmələr barədə vədlər, habelə "çit kodlar" - kompyuter oyunlarında istifadə olunan saxta kodlar da daxil edilmişdir. Keçidlər vasitəsilə şifrələrin oğurlanması üçün istifadə olunan proqramlardan tutmuş fırıldaqçılar və "şaxtaçılara" kimi müxtəlif zərərli proqralmal yayılıb.

"Video oyun həvəskarlarına hücum etmək üçün kiber cinayətkarlara texniki cəhətdən mürəkkəb hücumlar icad etmək lazım deyil. İstifadəçilər oyunların pirat versiyalarını yükləmək və ya onları keçməyə kömək edən çit kodlar tapmaq istədikləri zaman onların işlərini görürlər," Kaspersky-nin kiber təhlükəsizlik üzrə mütəxəssisi Mariya Namestnikova deyib.

“Hazırki situasiya ilə əlaqədar olaraq əksər insanlar uzaqdan iş rejiminə keçiblər və eyni cihazı həm korporativ şəbəkəyə qoşulmaq, həm də oyun oynamaq daxil şəxsi
məqsədləri üçün istifadə edə bilərlər. Bununla bağlı çox diqqətli olmaq lazımdır: düşünülməmiş hərəkətlər nəinki istifadəçilərin şəxsi məlumatları və pullarını, həm də korporativ məlumatları təhlükə altında qoya bilər. Yaxşısı budur ki, bu məşğuliyyətlər ayrılsın: ayrı-ayrı cihazlarda işləmək və oynamaq daha yaxşı olar," deyə Kaspersky - Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kiber hücumun qurbanı olmamaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edir:

• oyun hesabını qorumaq üçün mürəkkəb uzun parollardan və mümkün olduqda iki faktorlu identifikasiyadan istifadə etmək;

• yadda saxlayın ki, təcavüzkarlar zərərli proqram yaymaq üçün tez-tez çit kodlardan və video oyunların pirat nüsxələrindən istifadə edirlər;

• kiber təhdidləri aşkarlaya, fişinq saytlarını bloklaya və zərərli səhifələrə keçidlərin qarşısını ala biləcək Kaspersky Security Cloud kimi etibarlı təhlükəsizlik həllindən istifadə edin;

• oyun zamanı qoruyucu həlli söndürməyin; onun daha az resurs istifadə etməsi üçün xüsusi oyun rejimini aktivləşdirə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

YouTube-da zərərli proqramlar ehtiva edən video peyda olub

19-09-2022

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

20-09-2019

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə