Previous Next
Bağla

Təhsil Nazirliyi filtrasiya üsullarını nəzərdən keçirir

17-09-2009 19:22
Təhsil Nazirliyi filtrasiya üsullarını nəzərdən keçirir

Daha öncə də məlumat verdiyimiz kimi, Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə Şura yaradılıb. Bu yaxınlarda həmin Şuranın ilk iclası keçirilib.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin elektron və veb məzmunun inkişafı şübəsinin rəhbəri Ayaz Abışovun Xeberler.az-a verdiyi məlumata əsasən bu Şuranın yaradılmasında əsas məqsəd təhsil ocaqlarında zərərli informasiyaya çıxışı məhdudlaşdırmaqdır. Təhsil Nazirliyinin nəzdində Təhsilin İnformasiyalaşdırılması İdarəsi şuranın fəaliyyətini əlaqələndirəcəkdir.

Ayaz Abışov həmçinin internetdən istifadə məsələləri üzrə Şuranın tərkibini də açıqladı. Belə ki, Şuaraya valideyn, müəllim, mədəniyyətşünas, habelə Dövlət Proqramının reallaşdırılmasında Təhsil Nazirliyinin tərəfdaşları olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu,  Milli Elmlər Akademiyasının İnformasiyasının Kibernetika İnstitutu, “Mədəd” humanitar təşkilatı, ULTRA şirkəti, Azedunet təşkilatı, Microsoft Azərbaycan şirkəti,Azərbaycan İnternet Forumu da daxildir.

Şuranın əsas fəaliyyət istiqamətləri təhsildə məzmunun filtrasiyası və tədris ocaqlarında təhsil alan məktəblilərin və tələbələrin zərərli informasiyaya çıxışını məhdudlaşdırmaq üzrə tövsiyyələr və praktik təkliflər hazırlamaqdır.

Şura həmçinin təhsil müəssisələrindən zərərli və qanuna zidd olan  internet resurslara blok qoyulması və faydalı resurslara girişin açılması ilə  bağlı daxil olan müraciətlərə baxaraq bununla  bağlı qərarlar qəbul edəcək. Qəbul edilmiş qərarların texniki icrası təhsil müsəssisələrində internet ilərini həyata keçirən AZEDUNET  təşkilatı tərəfindən həayat keçiriləcək.
Təhsil müəssisələrində İnternetdən istifadə məsələləri bu məqsədlə təyin olunan məsul şəxs tərəfindən istiqamətlənir. Məsul şəxsin səlahiyyətləri və vəzifə təlimatı Təhsil naziri tərəfindən təsdiq olunan xüsusi Əsanamə ilə təbzimlənir.
 
Təhsil müəssisələrində internet trafikin çeşidlənməsi (filtrasiyası) prosesini təmin etmək üçün Şura Böyük Britaniyanın, ABŞ-ın, Rusiyanın, Estoniyanın təcrübəsindən geniş istifadə edəcəkdir. Məsələn, hazırlda ABŞ-də geniş tətbiq olunan veb-senz Filtrasiya şurası tərəfindən nəzərdən keçirilir. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.    

Qeyd edək ki, Azərbaycan Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə Şura “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”-ı çərçivəsində yaradılıb.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsil Nazirliyinin İnternetdən istifadə məsələləri üzrə Şurası yaradılıb

15-09-2009

Təhsil sistemi çərçivəsində veb-saytlar filtrasiyadan keçirilir

14-12-2009

Təhsil nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şurası yaradılmışdır

10-02-2010

Azərbaycan təhsil şəbəkəsi yaradılır

18-02-2009

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verilir

05-04-2010

Təhsil Nazirliyində yeni təyinat

19-02-2018

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşdirildi

10-06-2010

Azərbaycanda şagirdlər evdə filtrasiyalı internetdən istifadə edəcəklər

19-10-2011

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

26-07-2018

Hesablama Palatası Təhsil Nazirliyinin idarəsi ilə bağlı qərarı dəyişdirtdi

07-01-2015

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıların qeydiyyatı başa çatdı

26-05-2010

“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

01-06-2010

“Elektron Təhsil” Respublika müsabiqəsinə 1092 lahiyə təqdim olunub

17-05-2012

“Elektron Təhsil” müsabiqəsində 113 layihə mübarizəni davam etdirəcək

30-05-2012

Azərbaycan nümayəndə heyəti “Elektron məktəb – 2011” adlı beynəlxalq konfransda iştirak edəcək

08-09-2011

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi

06-04-2010

Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə maddi-texniki baza təkmilləşdirilir

15-01-2019

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə həyata keçirilir

03-11-2008

“Elektron Təhsil” Respublika müsabiqəsinə 230 layihə təqdim olunub

08-05-2013

AzEduNet şirkəti “Virtual Məktəb” platformasının davamlı işləməsində dəstək göstərir

08-04-2021

“Elektron Təhsil” Respublika müsabiqəsi başlayır

19-03-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə