Previous Next
Bağla

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

26-07-2018 13:00
Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası-nın Fəaliyyət Planına uyğun olaraq, 2018-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 46 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub.

Xeberler.az məlumat verir ki, indiyədək ATŞ-ə qoşulan 2370 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb. 2018-2019-cu tədris ilində əlavə olaraq 485 təhsil müəssisəsinin də ATŞ-yə qoşulması nəzərdə tutulub. Hazırda ATŞ-yə qoşulmuş ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 82%-nə və pedaqoji heyətin 72%-nə faizinə bərabərdir.

Bildirək ki, ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin yayılmasını təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. İnternetin geniş miqyasda informasiya mənbəyi olduğunu nəzərə alaraq, bu məlumatların yaş məhdudiyyəti olmadan nəzarətsiz yayılmasının qarşısının alınması və  uşaqların arzuolunmaz məlumatlara çıxışının məhdudlaşdırılması məqsədi ilə ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet filtrasiya sistemi tətbiq olunur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.

Qeyd edək ki, cari ilin 22 iyun tarixində Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası arasında Avropanın elm və təhsil qurumları üçün kompüter şəbəkəsi-nin yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və EaPConnect layihəsi çərçivəsində GEANT Şəbəkəsinə qoşularaq institutun əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərinin ölkənin ali təhsil müəssisələrinin istifadəsinə təqdim edilməsi məsələləri öz əksini tapıb. Tədbirdə GEANT Şəbəkəsinin Avropada 3500-dən çox təhsil müəssisəsini birləşdirən multi-giqabayt internet şəbəkəsi olması, təhsil ehtiyaclarından əlavə olaraq, İP xidmət keyfiyyəti, Multicast, virtual özəl şəbəkə ilə təmin etməsi, məlumatların ötürülmə sürətinin 1-dən 10  giqabayt saniyədə təşkil etməsi, elektron kitabxana və resurslara giriş imkanının olması kimi üstünlükləri qeyd edilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tədris müəssisələri Təhsil Şəbəkəsinə qoşulur

11-09-2015

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə maddi-texniki baza təkmilləşdirilir

15-01-2019

2015-ci ildə 200 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub

18-09-2015

99 təhsil müəssisəsində yeni daxili şəbəkə yaradılıb

08-12-2017

Şagirdlərin yaşadıqları evlər pulsuz internetlə təmin edilib

30-12-2015

“Rəqəmsal məktəb”platformasından 685 mindən çox istifadəçi yararlanır

05-01-2026

Azərbaycan Təhsil Şəbəkəsi elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir

14-02-2019

Təhsil sistemi çərçivəsində veb-saytlar filtrasiyadan keçirilir

14-12-2009

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

Məktəblərdə sürətli internet üçün yeni model hazırlanır

18-09-2015

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015

Təhsil Nazirliyi filtrasiya üsullarını nəzərdən keçirir

17-09-2009

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023

Azərbaycan Təhsil Şəbəkəsinə cəmi 1200 məktəb qoşulub

06-09-2012

Tibb Universiteti beynəlxalq şəbəkəyə qoşuldu

13-10-2017

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009

2051 təhsil müəssisəsi Təhsil Şəbəkəsinə qoşulub

26-11-2015

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026

18 təhsil müəssisəsi AzScienceNet şəbəkəsinə qoşulub

20-09-2019

Azərbaycan Təhsil Şəbəkəsinə 200 təhsil müəssisəsi qoşulub

23-06-2009

Azərbaycan təhsil şəbəkəsi yaradılır

18-02-2009

Rayon məktəblərinə sürətli internet çəkilir

19-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə