Previous Next
Bağla

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə maddi-texniki baza təkmilləşdirilir

15-01-2019 19:19
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə maddi-texniki baza təkmilləşdirilir

2018-ci ildə Azərbaycan təhsil sistemində informasiya-kommunikasiya üzrə maddi-texniki baza təkmilləşdirilmiş, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işi davam etdirilmişdir. Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədi ilə ölkə üzrə təhsil müəssisələrinə 18,000 ədəd noutbuk paylanılmışdır. Paylanılan avadanlıqların 27%-i Bakı şəhərinə, 73%-i isə rayonlara verilmişdir. Qeyd edək ki, kompüter avadanlığının paylanılması ümumtəhsil müəssisələrində idarəedici heyət və İKT otaqlarının kompüter avadanlığı ilə təminatı üzrə normativlərə əsasən həyata keçirilib.

Xeberler.az  bildirir ki, Təhsil Nazirliyi Azərbaycanın ən böyük daxili təhsil şəbəkələrindən olan Azərbaycan Təhsil Şəbəkəsini (ATŞ) genişləndirmişdir. Belə ki, 2018-ci ildə 208 yeni təhsil müəssisəsi ADSL, 285 təhsil müəssisəsi simsiz rabitə xətləri, 65 təhsil müəssisəsi isə fiber optik rabitə kanalları vasitəsi ilə ATŞ-yə qoşulmuşdur. Ümumi ölkə üzrə 2746 təhsil müəssisəsi (fiber-optik qoşulma üzrə 206, simsiz qoşulma üzrə 694, ADSL qoşulma üzrə 1846) ATŞ-yə qoşulmuşdur. Onlardan 2403 təhsil müəssisəsi ümumi təhsil müəssisəsidir. ATŞ-yə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 85%-nə və pedaqoji heyətin 73%-nə faizinə bərabərdir.  ATŞ-yə qoşulmuş təhsil müəssisələri intensiv trafik tələb edən proqramlardan, videokonfranslardan və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində yerləşdirilmiş elektron tədris resurslarından istifadə etmək imkanına malikdir. Bununla yanaşı, ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet filtrasiya sistemi tətbiq olunur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir. İndiyədək ATŞ-ə qoşulmuş təhsil müəssisəsi internet və intranetə çıxışla təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb.

Eyni zamanda, bu istiqamətdə dövlət və özəl sektorların əməkdaşlığı imkanlarından istifadə olunur. Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “AzEduNet” MMC arasında əldə edilmiş razılaşmalara uyğun olaraq, təhsil müəssisələrinin Azərbaycan Təhsil şəbəkəsinə qoşulması prosesinin özəl sektorun imkanları hesabına ödənişsiz əsaslarla təmin edilməsi ilə bağlı işlək mexanizm hazırlanaraq tətbiq edilməkdədir. Bu cür yanaşma, öz növbəsində, dövlət büdcəsinin səmərəli və qənaətli istifadəsinə yol açmaqla, eyni zamanda, özəl sektorun dövlət infrastruktur layihələrində yaxından iştirakını effektiv şəkildə təmin edir. Seçilmiş tərəfdaşlıq modelinə əsasən, vahid təhsil şəbəkəsinə qoşulmuş təhsil müəssisələri dayaq nöqtələri kimi istifadə olunaraq, özəl sektorun təmsilçisi olan “ENGİNET” şirkətinin hesabına ətraf ərazilərdə yerləşən yaşayış binalarına çəkilən fiberoptik bağlantı saylarının müəyyən qədəri keçdikdə həmin təhsil müəssisələri aylıq abunə haqqından azad olunurlar. Belə ki, 2018-ci ilin iyun ayından etibarən “AzEduNet” MMC tərəfindən 6 təhsil müəssisəsi fiber-optik internet xidmətinin abunə haqqından azad edilmiş, 2019-cu ilin yanvar ayından isə əlavə olaraq daha 10 təhsil müəssisəsinin abunə haqqından azad edilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, “ENGİNET” və “AzEduNet” şirkətləri arasında olan razılaşmaya əsasən, indiyədək özəl sektorun maliyyə vəsaiti hesabına 79 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə fiber optik bağlantı vasitəsi ilə qoşulmuşdur. Qeyd edək ki, bu cür layihələrin genişləndirilməsi qarşıda duran əsas məsələlərdəndir. 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir

26-07-2018

“Rəqəmsal məktəb”platformasından 685 mindən çox istifadəçi yararlanır

05-01-2026

Rayon məktəblərinə sürətli internet çəkilir

19-08-2015

99 təhsil müəssisəsində yeni daxili şəbəkə yaradılıb

08-12-2017

Tədris müəssisələri Təhsil Şəbəkəsinə qoşulur

11-09-2015

2051 təhsil müəssisəsi Təhsil Şəbəkəsinə qoşulub

26-11-2015

2015-ci ildə 200 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub

18-09-2015

Şagirdlərin yaşadıqları evlər pulsuz internetlə təmin edilib

30-12-2015

Məktəblərdə sürətli internet üçün yeni model hazırlanır

18-09-2015

Nazirlik təhsil müəssisələri üçün avadanlıqlar alıb - Statistika

28-01-2015

Bu gün Azərbaycanda Bilik Günü qeyd edilir

15-09-2017

128 təhsil müəssisəsinə sürətli internet çəkilib- Siyahı

21-09-2016

Azərbaycan Təhsil Şəbəkəsinə 200 təhsil müəssisəsi qoşulub

23-06-2009

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009

34 müəssisə Təhsil Şəbəkəsinə qoşulub

12-09-2017

Məktəblərə yeni İKT avadanlıqlar verilib

18-09-2015

İlin sonunadək 500 təhsil müəssisəsi Azedunet-ə qoşulacaq

09-11-2009

“Məktəblər ağıllı lövhələrlə təmin edilir”

16-09-2015

Azərbaycan Təhsil Şəbəkəsinə cəmi 1200 məktəb qoşulub

06-09-2012

Təhsil sistemi çərçivəsində veb-saytlar filtrasiyadan keçirilir

14-12-2009

Azərbaycan təhsil şəbəkəsi yaradılır

18-02-2009

Təhsil müəssisələri İKT avadanlığı ilə təmin edilir

05-08-2015

Azərbaycan Təhsil Şəbəkəsi elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir

14-02-2019

Təhsil müəssisələrinə verilən İKT avadanlıqların statistikası açıqlanıb

30-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə