Previous Next
Bağla

Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başladı

06-02-2017 15:47
Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başladı

Fevralın 6-dan tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi  məqsədilə elektron sənəd qəbuluna  başlanıb.

Təhsil Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, bu tədris ilindən etibarən tələbələrin köçürülməsində yenilik tətbiq olunub. Belə ki, fevralın 7-dən orta ixtisas təhsili müəssisələrinin tələbələri də transfer.edu.az elektron portalı vasitəsilə köçürülmək üçün müraciət edə bilərlər.

Sənədlərin elektron qəbulu fevralın 14-dək davam edəcək.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir..

Portalın yaradılması köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi daşıyır.

Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur.

2016-cı ilin avqust ayında istifadəyə verilən transfer.edu.az portalına ümumi müraciət edənlərin sayı 241 nəfər olub ki, onlardan 83 nəfərə müsbət cavab verilib.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tələbələrin elektron qaydada köçürülməsinə başlanır

15-01-2018

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək davam edəcək

26-07-2022

Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

10-08-2016

Tələbələrin köçürülməsinə başlanılır

19-07-2022

Tələbələrin elektron formada köçürülməsi davam edir

08-08-2017

Tələbə köçürülməsi üzrə e-sənəd qəbulunun vaxtı uzadıldı

15-08-2017

3 mindən çox tələbə köçürülmə üçün elektron müraciət edib

23-08-2017

Transfer.edu.az ilə köçürülən tələbələrin sayı açıqlanıb

27-03-2017

Təhsil Nazirliyi elektron portalı vasitəsilə müraciətlərin qəbulunu aktivləşdirilib

30-09-2020

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

22-07-2025

Magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

23-07-2025

Nazirliyin saytında niyə problemlər yaşanır?

05-02-2018

10 957 nəfər elektron qaydada müraciət edib

29-07-2022

Nazirlik: Telefon Məlumat Mərkəzinə 20 mindən çox zəng olub

06-09-2017

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılır

03-06-2022

Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

Magistraturaya elektron sənəd qəbulu başlayır

20-07-2023

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016

Ali məktəblərə qəbul olunanların qeydiyyatının başlanacağı vaxt açıqlanıb

23-08-2024

56 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

03-04-2017

Ali təhsilin magistratura səviyyəsinə elektron qeydiyyatın vaxtı uzadılıb

25-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə