Previous Next
Bağla

Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

10-08-2016 11:37
Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

Təhsilalanların  ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçiriləcək.

Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində  Transfer.edu.az elektron portalı yaradılıb.

Xeberler.az bildirir ki, bununla bağlı avqustun 10-da Təhsil Nazirliyində press-brifinq keçirilib.

Portalın yaradılması bakalavriat səviyyəsində ali təhsil müəssisələrinə köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi daşıyır və mərkəzləşdirilmiş qaydada aparılacaq.

Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi ali təhsil müəssisəsini seçmək imkanına malik olacaq. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirəcək.

Köçürülmənin elektron qaydada həyata keçirilməsi üçün ali təhsil müəssisəsində illər üzrə hər bir ixtisasa dair boş olan yerlər barədə məlumatlar elektron portalda yerləşdiriləcək.

Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənədlərin qəbulu cari ilin 10 avqust–5 sentyabr tarixlərində aparılacaq.

Press-brifinqdə həmçinin bildirilib ki, 2016-2017-ci tədris ili üzrə pilot olaraq, Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “Təhsil Nazirliyi ilə ASAN xidmət tərəfindən birgə hazırlanmış “ASAN peşə” layihəsi çərçivəsində aparılacaq.

Sonda jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başladı

06-02-2017

Tələbələrin elektron qaydada köçürülməsinə başlanır

15-01-2018

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək davam edəcək

26-07-2022

Tələbələrin köçürülməsinə başlanılır

19-07-2022

Tələbə köçürülməsi üzrə e-sənəd qəbulunun vaxtı uzadıldı

15-08-2017

Tələbələrin elektron formada köçürülməsi davam edir

08-08-2017

3 mindən çox tələbə köçürülmə üçün elektron müraciət edib

23-08-2017

Transfer.edu.az ilə köçürülən tələbələrin sayı açıqlanıb

27-03-2017

Təhsil Nazirliyi elektron portalı vasitəsilə müraciətlərin qəbulunu aktivləşdirilib

30-09-2020

Ali təhsil müəssisələrinə elektron ixtisas seçimi başa çatıb

20-08-2024

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

Xaricdə təhsil alacaq gənclərin seçilməsi üçün meyarlar təsdiqlənib

03-06-2022

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015

10 957 nəfər elektron qaydada müraciət edib

29-07-2022

“ASAN peşə” layihəsinə başlanır

10-08-2016

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016

Ali məktəblərə qəbul olunanların qeydiyyatının başlanacağı vaxt açıqlanıb

23-08-2024

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir

24-08-2016

Veb dizayner ixtisası üzrə şagird qəbulu elan edilib

04-08-2017

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə