Previous Next
Bağla

Tələbələr “Asan İmza” ilə qeydiyyatdan keçəcək-Yenilik

23-09-2016 11:46
 Tələbələr “Asan İmza” ilə qeydiyyatdan keçəcək-Yenilik

Azərbaycanın təhsil sistemində daim yenilikləri ilə öndə gedən ADA Universiteti ölkədə fəaliyyət göstərən ali məktəblər arasında ilk dəfə olaraq öz fəaliyyətində “Asan İmza” mobil elektron imza xidmətini tətbiq edib.

Xeberler.az-ın məlumatına görə,  cari tədris ilində universitetin magistr pilləsinə qəbul edilmiş tələbələr üçün ali məktəbə qəbulun rəsmiləşdirilməsinin qeydiyyatının ilk dəfə olaraq elektron qaydada “Asan İmza”nın köməyilə bu məqsədlə yaradılmış “ADA Asan İmza” portalında aparılması imkanı yaradılıb.

İndiyədək bu proses universitetə yeni qəbul edilmiş tələbələrin lazımi sənədləri kağız daşıyıcıda şəxsən təqdim etmələri ilə baş tuturdu.

 “Asan İmza” ilə qeydiyyatın elektronlaşdırılması prosesin sürətli təşkilinə gətirib çıxarmaqla yanaşı, gələcəkdə universitetdaxili tədris prosesində innovativ texnologiyaların tətbiqi ilə yeni imkanların yaradılmasına yol açır.

Sözügedən innovasiyanın tətbiqi xüsusilə də ölkənin regionlarında yaşayan və ADA Universitetinə yeni qəbul olunmuş tələbələr üçün mühüm əhəmiyyət kəsb edir.  Belə ki, artıq onlar universitetə qəbulun qeydiyyatı ilə bağlı sənədlərini təqdim etmək üçün xərc və zaman sərf edərək paytaxta gəlməli olmayacaq, əvəzində bu əməliyyatı elektron qaydada həyata keçirə biləcəklər.

“Asan İmza” ilə mümkün olan digər bir yenilik isə ADA Universitetinin magistr pilləsinə qəbul edilmiş tələbələrin bu ali məktəbdə təhsilə başlamaq üçün zəruri olan Şərəf Andını elektron qaydada imzalaya bilməsidir.

15 sentyabr – Bilik günü baş tutmuş imzalama mərasimində ali təhsil ocağına yeni daxil olmuş tələbələr öz “Asan İmza”ları ilə Şərəf Andını imzalayıb, bununla da ADA Universitetində təhsil alacaqları müddətdə nümunəvi davranışa və yüksək əxlaq normalarına riayət edəcəklərinə dair and içib.

“ADA Asan İmza” portalı ADA Universitetinin mövcud və gələcək elektron xidmətlərinin cəmləşəcəyi vahid elektron məkanı təmsil edir. B.EST Solutions şirkətinin ADA Universiteti üçün hazırladığı portalda hazırda qəbulun onlayn qeydiyyatı və Şərəf Andının imzalanması elektron xidmətləri yer alır.

Portalın sisteminə yalnız sözügedən ali təhsil ocağının magistr pilləsinə yeni qəbul edilmiş tələbələr və universitetin müvafiq səlahiyyətləri şəxsləri daxil ola bilər.

Sistemə daxil olmaq üçün “Asan İmza” mobil elektron imzanın mövcudluğu tələb olunur.

 

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bank VTB ASAN imza xidmətini tətbiq edib

Bank VTB ASAN imza xidmətini tətbiq edib

14-11-2015
Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013
 Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016
Asan İmza ödənişsiz oldu

Asan İmza ödənişsiz oldu

22-05-2020
Asan İmza xidməti artıq Bank BTB ASC–də

Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018
Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

21-12-2023
"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026
Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016
“ASAN imza” sertifikatlarının sayı açıqlanıb

“ASAN imza” sertifikatlarının sayı açıqlanıb

12-11-2016
Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

17-09-2015
ASAN imza sertifikatları elektron formada veriləcək

ASAN imza sertifikatları elektron formada veriləcək

10-10-2019
“Asan İmza” Rusiyada təqdim ediləcək

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016
Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018
Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

16-02-2023
Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025
Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016
Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026
Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026
Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

06-12-2016
Tanınmış İT şirkətinin məlumatları onlayn təqdim ediləcək

Tanınmış İT şirkətinin məlumatları onlayn təqdim ediləcək

09-10-2015
Azercell “Asan İmza” xidmətinə pulsuz qoşulma kampaniyasını elan edir

Azercell “Asan İmza” xidmətinə pulsuz qoşulma kampaniyasını elan edir

01-05-2015
Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024
I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-04-2026
“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

25-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə