Previous Next
Bağla

Tələbənin digər universitetə köçürülməsi üçün elektron sistem yaradılır

20-04-2016 17:09
Tələbənin digər universitetə köçürülməsi üçün elektron sistem yaradılır

"Bu ilin sonunadək tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsinin elektron sistemi yaradılacaq".

Xeberler.az Report-a istinadən məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu sahədə bir neçə il əvvəl qeyri-şəffaf hallara rast gəlinirdi:

"Bu da əhalinin, tələbələrin haqlı narazılığına səbəb olurdu. Meyarların, qaydaların aydın şəkildə tətbiq edilməsi, eləcə də elan edilməsində əsas məqsəd məhz insan faktorundan asılılığın aradan qaldırılması idi. Tələbə-universitet-təhsil sistemi münasibətlərinin sağlamlaşdırılması, şəffaf səviyyəyə çatdırılması üçün hazırda biz bu işin elektron platform üzərindən həyata keçirilməsini hazırlayırıq. Hesab edirəm ki, bu iş yaxın zamanda yekunlaşacaq".

M.Cabbarov qeyd edib ki, indi bu və ya digər tələbənin köçürülmə prosesi insan müdaxiləsi olmadan, tələbənin digər ali məktəb və fakültəyə keçmə hüququna malik olub-olmaması meyarları əsasında həyata keçiriləcək:

"Meyarlarda köklü dəyişikliklər etməyi nəzərdə tutmuruq. Müəyyən dəyişikliklər olacaq ki, bunun da cüzi xarakter daşıya biləcəyi istisna edilmir. Təbii ki, burada söhbət kardinal dəyişikliklərdən getmir. Tələbə köçürülmələri istiqamətində son 3 ildə böyük işlər görülüb. Bu proses tam şəffaflaşmış meyarlara əsasən həyata keçirilir. Tələbələrin qəbul imtahanlarında topladıqları ballar əsas götürülərək onların ixtisaslarının uyğunluğunu saxlamaqla hər kəs üçün bu prosesin daha da şəffaf olması səbəbindən prosesin elektronlaşdırılması bu istiqamətdə növbəti addım olacaq".

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək  davam edəcək

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək davam edəcək

26-07-2022
Tələbələrin elektron qaydada köçürülməsinə başlanır

Tələbələrin elektron qaydada köçürülməsinə başlanır

15-01-2018
Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

11-09-2017
Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsinə başlanılır

19-07-2022
Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başladı

Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başladı

06-02-2017
Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

10-08-2016
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

22-07-2025
Ali təhsil müəssisələri vahid platformada birləşəcək

Ali təhsil müəssisələri vahid platformada birləşəcək

21-08-2019
Tələbələrin elektron formada köçürülməsi  davam edir

Tələbələrin elektron formada köçürülməsi davam edir

08-08-2017
AzTU süni intellektəsaslı təcrübə portalını təqdim edib

AzTU süni intellektəsaslı təcrübə portalını təqdim edib

02-06-2026
Təhsil Nazirliyi elektron portalı vasitəsilə müraciətlərin qəbulunu aktivləşdirilib

Təhsil Nazirliyi elektron portalı vasitəsilə müraciətlərin qəbulunu aktivləşdirilib

30-09-2020
Tələbələr üçün yenilik: Virtual universitet kartı yaradılır

Tələbələr üçün yenilik: Virtual universitet kartı yaradılır

20-08-2015
Bu universitetdə də tələbə imtahan cavabını onlayn öyrənəcək

Bu universitetdə də tələbə imtahan cavabını onlayn öyrənəcək

17-01-2018
Elm və təhsil naziri: Bu ildən distant təhsil modeli üzərində işləyirik

Elm və təhsil naziri: Bu ildən distant təhsil modeli üzərində işləyirik

10-05-2026
Tələbələrin davamiyyəti elektron jurnalla yoxlanılacaq

Tələbələrin davamiyyəti elektron jurnalla yoxlanılacaq

16-02-2016
Tələbə köçürülməsi üzrə e-sənəd qəbulunun vaxtı uzadıldı

Tələbə köçürülməsi üzrə e-sənəd qəbulunun vaxtı uzadıldı

15-08-2017
SABAH qruplarından yeni elektron sistem

SABAH qruplarından yeni elektron sistem

04-12-2017
Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

08-01-2026
Azərbaycanda ali məktəb məzunlarının elektron bazası yaradılıb

Azərbaycanda ali məktəb məzunlarının elektron bazası yaradılıb

08-05-2012
“Nazirlik korrupsiyaya qarşı mübarizədə elektron sistemlərdən istifadə edir”

“Nazirlik korrupsiyaya qarşı mübarizədə elektron sistemlərdən istifadə edir”

13-10-2015
Gəncə Dövlət Universitetində İKT-dən istifadə hansı səviyyədədir?

Gəncə Dövlət Universitetində İKT-dən istifadə hansı səviyyədədir?

16-03-2009
Tələbələr Qarabağ münaqişəsinin təhsilimizə vurduğu ziyanı dünya ictimaiyyətinə çatdıracaqdır

Tələbələr Qarabağ münaqişəsinin təhsilimizə vurduğu ziyanı dünya ictimaiyyətinə çatdıracaqdır

29-06-2011
Tələbə və müəllimlərin mobilliyi təmin edilir

Tələbə və müəllimlərin mobilliyi təmin edilir

18-11-2015
Universitetlərdə  yazılı imtahanlar elektronlaşdırılır

Universitetlərdə yazılı imtahanlar elektronlaşdırılır

03-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə