Previous Next
Bağla

Tələbələrin köçürülməsinə başlanılır

19-07-2022 17:16
Tələbələrin köçürülməsinə başlanılır

İyulun 25-də saat 11:00-dan etibarən tələbələrin köçürülməsi prosesinə başlanılır. 

Xeberler.az bildirir ki, tələbələrin ölkə daxili və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir. Sənəd qəbulu iyulun 31-dək davam edəcək. 


Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini və ya ixtisası seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları elektron müraciətlərinə daxil etməklə, köçürülmə qaydalarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.


Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal, qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.


Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək davam edəcək

26-07-2022

Tələbələrin elektron qaydada köçürülməsinə başlanır

15-01-2018

Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başladı

06-02-2017

Tələbələrin köçürülməsi elektron qaydada aparılacaq

10-08-2016

Tələbə köçürülməsi üzrə e-sənəd qəbulunun vaxtı uzadıldı

15-08-2017

Tələbələrin elektron formada köçürülməsi davam edir

08-08-2017

3 mindən çox tələbə köçürülmə üçün elektron müraciət edib

23-08-2017

Transfer.edu.az ilə köçürülən tələbələrin sayı açıqlanıb

27-03-2017

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılır

03-06-2022

Təhsil Nazirliyi elektron portalı vasitəsilə müraciətlərin qəbulunu aktivləşdirilib

30-09-2020

Xaricdə təhsil alacaq gənclərin seçilməsi üçün meyarlar təsdiqlənib

03-06-2022

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

22-07-2025

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016

10 957 nəfər elektron qaydada müraciət edib

29-07-2022

56 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

03-04-2017

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

Magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

23-07-2025

Veb dizayner ixtisası üzrə şagird qəbulu elan edilib

04-08-2017

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016

Magistraturaya elektron sənəd qəbulu başlayır

20-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə