Previous Next
Bağla

AzTU süni intellektəsaslı təcrübə portalını təqdim edib

02-06-2026 16:27
AzTU süni intellektəsaslı təcrübə portalını təqdim edib

Azərbaycan Texniki Universitetində (AzTU) tələbə təcrübələrinin təşkili sahəsində yeni və innovativ idarəetmə modeli tətbiq olunur.

Xeberler.az bildirir ki, bu barədə AzTU-dan məlumat verilib. Mövcud qanunvericiliyin tələbləri əsasında hazırlanmış AzTU təcrübə qaydaları və bu qaydaların icrasını təmin edən süni intellektəsaslı təcrübə portalı artıq ikinci ildir uğurla istifadə edilir.

Bu model Azərbaycanda ali təhsil müəssisələri arasında tələbə təcrübələrinin rəqəmsal, şəffaf və nəticəyönümlü idarə olunması baxımından ilk kompleks yanaşmalardan biridir. Yeni sistemin əsas konsepsiyası tələbə, universitet və sənaye müəssisəsi arasında əlaqəni vahid platformada birləşdirməkdir. Hər bir ixtisas üzrə tələbə sayından daha çox təcrübə yeri formalaşdırılır, müəssisələr üzrə kvotalar və təcrübə rəhbərləri əvvəlcədən müəyyən edilir. Tələbələr akademik performans göstəricilərinə əsasən portal üzərindən təcrübə yerini və rəhbərini seçirlər. Bu yanaşma seçim imkanlarını genişləndirir, şəffaflığı artırır və təcrübə prosesində sağlam rəqabət mühiti yaradır.

Portalın mühüm üstünlüyü təcrübə prosesinin gündəlik rəqəmsal izlənməsidir. Tələbə hər gün gördüyü işlər barədə hesabat daxil edir, müəssisə üzrə təcrübə rəhbəri isə tələbənin fəaliyyəti və peşəkar davranışı barədə mütəmadi qeydlər aparır.

Əvvəlki tarixə qeyd daxil edilməsinə icazə verilməməsi sistemin etibarlılığını və obyektivliyini gücləndirir. Təcrübə başa çatdıqda bütün qeydlər əsasında yekun hesabat avtomatik hazırlanır və süni intellekt vasitəsilə qiymətləndirilir. Bu model AzTU üçün yalnız texnoloji yenilik deyil, həm də universitet–sənaye əməkdaşlığının yeni mərhələsidir. Portal təcrübəni formal prosedurdan real fəaliyyətə, gündəlik hesabatlılığa və ölçülə bilən nəticəyə çevirir. Universitet bütün metodiki materialları vahid platforma üzərindən təqdim edir. Universitet tərəfindən təyin olunan metodoloji rəhbər isə prosesin akademik və təşkilati keyfiyyətinə nəzarət edir.

Beynəlxalq təcrübə baxımından AzTU təcrübə portalı işəsaslı öyrənmə, nəticəyönümlü qiymətləndirmə, rəqəmsal izləmə və sənaye ilə birgə tədris prinsiplərinə uyğundur.

Dünyanın aparıcı universitetlərində tətbiq olunan “internship management”, “work-based learning” və “digital assessment” yanaşmaları AzTU modelində yerli qanunvericilik və milli ali təhsil mühiti nəzərə alınmaqla vahid süni intellekt platformasında birləşdirilib.

Gələcək mərhələdə təcrübə portalının tələbələrin karyera inkişafı, məzunizləmə sistemi, müəssisələrin qiymətləndirilməsi, əmək bazarı tələblərinin analizi və universitet–sənaye tərəfdaşlığının genişləndirilməsi istiqamətində daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bu, AzTU-nun rəqəmsal transformasiya, praktikyönümlü təhsil və innovativ universitet modelinə keçidində mühüm addım kimi qiymətləndirilir.

AzTU təcrübə portalı tələbələr üçün daha ədalətli seçim, sənaye üçün daha səmərəli əməkdaşlıq, universitet üçün isə daha şəffaf, ölçülə bilən və süni intellektlə dəstəklənən keyfiyyət idarəetməsi imkanı yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

06-05-2025

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

Azərbaycan Texniki Universitetində KOB Model Müəssisəsi yaradılıb

09-03-2024

AzTU ilə Türkiyənin TİS şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

20-08-2024

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024

“Nar” yerli İT mütəxəssislərini yetişdirir

09-06-2023

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023

AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib

14-05-2026

Elektrik Avadanlıqları Zavodu AzTU-da laboratoriya quracaq

19-06-2020

“Nar” və AzTU əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi

29-04-2021

AzTU ilə Çin universiteti arasında Niyyət Protokolu imzalanıb

25-05-2026

Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

10-03-2023

Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

10-11-2022

AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

08-05-2025

AzTU-nun Kompüter texnologiyaları kafedrası beynəlxalq təşkilata üzv olub

28-04-2026

“Azexport.az” portalının əməkdaşları AzTU-da görüş keçirib

01-05-2025

Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

14-12-2022

"Nar" yerli İT peşəkarlarının yetişməsinə dəstək olur

30-11-2022

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə