Telefon oğruları ilə yeni mübarizə üsulu

01-10-2015 / 15:50

Gələcəkdə smartfonlar öz-özünə məhv ediləcək.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, bu, elektronikanın ABŞ hakimiyyəti tərəfindən təklif edilən yeni inkişaf mərhələsidir. Hakimiyyət bununla telefon oğurluğu ilə mübarizə aparmağı planlaşdırır.

Bildirilir ki, ideyanın mahiyyəti telefonun kimin əlində olmasının onun özü tərəfindən müəyyənləşdirilməsidir. Məsələn, oğurluq baş verən zaman telefon avtomatik özünü məhv edəcək. İnsanın kimliyinin müəyyənləşdirilməsi üçün qurğu çoxlu fərdi xüsusiyyətlərdən yararlanacaq.

Smartfonlarda bu funksiyanın yaradılması ilə bağlı aparılan işə Boeing və HRL Laboratories şirkətlərinin mütəxəssisləri cəlb olunub. 2,5 il davam edəcək layihəyə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi 2,2 milyon dollar ayırıb.

Layihənin məqsədi smartfonların quraşdırılmış ötürücülərdən informasiya alaraq insanların profilini tərtib etməyə kömək edəcək neyromorf çipin yaradılmasıdır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə