Teleqramda ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir ki, internetdə ortaya çıxır. İndi isə Teleqramın keçmiş tərtibatçısı “Telegram Premium”da hansı üstünlüklərin olacaqları barəsində tam məlumat verib.
Xeberler.az bildirir ki, “Telegram Premium” abunəçiliyini əldə edəcək bütün istifadəçilərdə daha öncədən mövcud olmuş limitlər iki dəfə yüksələcək. Məsələn, premium istifadəçiləri maksimal olaraq 2 GB həcm əvəzinə 4 GB həcmə sahib faylları yükləyə biləcəklər. Bundan əlavə, bir qovluq daxilində 100 çat əvəzinə 200 çat yerləşdirmək mümkün olacaq. Həmçinin messencer daxilində çatlar siyahısının yuxarı hissəsində bərkidilən çatların sayı 5-dən 10-a yüksələcək. İstifadəçilər tərəfindən seçilmiş sevimli stikerlər siyahısına 10 ədəd stiker əlavə etmək mümkün olacaq. Hazırda istifadəçilər sözügedən siyahıya 5 ədəd stiker əlavə edə bilirlər.
Kanallar və super qruplar üçün olan ictimai linklərin sayı isə 10-dan 20-yə yüksələcək. “Telegram Premium”a keçid etmək üçün ən diqqət çəkən özəlliklərdən biri də yüksəldilmiş yüklənmə sürəti ola bilər. Belə ki, “Telegram Premium” istifadəçiləri faylların yüklənməsi zamanı prioritet əldə edəcəklər. Ən faydalı funksiyalardan biri də səsli mesajların mətn formatına çevrilməsi funksiyası olacaq. İstifadəçilər bu prosesi bir kliklə reallaşdıra biləcəklər. Ödənişli abunəliyin üstünlükləri arasında həmçinin reklamların olmaması, animasiyalı avatarlar, mesajlara verilən unikal reaksiyalar və tam ekran effektli premium stikerlər olacaq. Bundan əlavə, premium istifadəçilərinin hesabları qarşısında ulduz şəklində xüsusi ikon mövcud olacaq. “Telegram Premium”un nə zaman istifadəyə veriləcəyi bilinmir. Məlumata əsasən onun aylıq ödənişi 4.99$ təşkil edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri