Previous Next
Bağla
REKLAM YERİ

Televiziyada türk dilinə yasaq etiraz doğurdu

10-01-2009 14:17
Televiziyada türk dilinə yasaq etiraz doğurdu


  Vüqar Bəyturan: “MTRŞ-nin qərarının peyk antennası biznesi ilə məşğul olanlardan başqa heç kimə faydası yoxdur”
  
  QayNar: Son dövrlər Milli Teleradio Şurası qəbul etdiyi qərarlarla ölkə ictimaiyyətini təəcübləndirir. Xarici radiostansiyaların FM tezliyindən məhrum edilməsinin ardınca xarici dillərdə verilən verlişlərə, o cümlədən filmlərə yasaq qoyulması və bu yasağın türk dilinə də aid olunması ictimaiyyətdə ciddi narazılq doğurub. Bu sözlər MQP sədri Vüqar Bəyturanın adından yayılan bəyanatdan götürülüb.
Qaynar.info-ya daxil olan bəyanatda daha sonra deyilir:

  \"Sözügedən yasağın rus və digər xarici dillərə aid edilməsi normal qarşılana bilər, bu bəlkə də bir az da gecikmiş addımdır. Amma türk dünyasının inteqrasiyası istiqamətində Azərbaycan hakimiyyəti addımlar atdığı bir vaxtda türk dilinə düşmən münasibət göstərilməsi heç bir məntiqə sığmır.\"

  Qeyd olunan məsələyə münasibət bildirən MQP başqanı, 6 partiyanı birləşdirən Millətçi Birliyin sədri Vüqar Bəyturan MTRŞ-nın türk dilinə yasaq qoymasını milli maraqlara zərbə kimi qiymətləndirib və bu qərarın peyk antennası biznesi ilə məşğul olanlardan başqa heç kimə faydası olmadığını söyləyib.

  MQP başqanı türk dilinin Azərbaycan türkcəsi ilə ciddi şəkildə fərqlənmədiyini, türkdilli filmlərin geniş seyrçi kütləsini qazandığını, türkcədən Azərbaycan türkcəsinə tərcümənin məntiqsizliyini vurğulayaraq qərarın türk dilinə aid olunmamasını, MTRŞ-nin öz qərarına yenidən baxmasını istədiklərini bəyan edib.

  Vüqar Bəyturan 1995-ci ildə ölkə konstitusiyasında dəyişiklik etməklə türk dilini Azərbaycan dili ilə əvəzləyən iqtidarın indi də sovetlər dövründə olduğu kimi Türkiyə ilə Azərbaycan xalqının inteqrasiyasını əngəlləmək cəhdində bulunmasını kəskin şəkildə pisləyərək bu qərarın dəyişilməsi üçün mübarizələrini davam etdirəcəklərini bildirib.

  Açıqlamasının sonunda türk millətçilərinin lideri 19 yanvar tarixində MTRŞ-nın qarşısında “türk dilinə qoyulan yasaq qaldırılsın!” və “xarici radiostansiyaların FM-də tezlikləri bərpa edilsin!” tələblərilə etiraz aksiyası keçirəcəklərini və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklərini də əlavə edib.

 

xeberler.az/Ellada

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Google Translate» sisteminə türk dili də əlavə edilib

18-02-2009

Günahkar telekanallardır

16-01-2009

Türk dilində seriallara qadağa qoyulması

07-01-2009

Regional televiziyalar MTRŞ-ın qərarına əməl etmir

13-01-2009

“Bütün verilişlər Azərbaycan dilində yayımlanmalıdır”

30-12-2008

"1news" artıq türk dilində

07-09-2010

4 min səhifəlik nəhəng lüğət

29-01-2009

“TRT Türk” kanalı 24 saatlıq xəbər yayımına başlayıb

09-05-2009

Xarici kliplər tərcümə olunmayacaq!!!

28-01-2009

Türk hakerlər Ermənistanın rəsmi saytını dağıtdılar

29-12-2010

Google-dən Türkcə tərcümə xidməti

02-02-2009

Azərbaycanda erməni dilində də verilişlər yayımlanacaq!!!

02-03-2009

Az.TV, “Lider” və “Space”-ə xəbərdarlıq

16-01-2009

Erməni dilində də verilişlər yayımlayacaq televiziyanın açılması ilə əlaqədar MTRŞ-nın iclası keçirilib

05-03-2009

“Xarici radiostansiyaların Azərbaycanda yayımı hüquqi müstəvidə həll olunmalıdır”

22-11-2008

Twitter türk və rus dillərində interfeys versiyasını təqdim edib

27-04-2011

Xarici radioların milli tezlikdə yayımı dayandırıldı

30-12-2008

Səsi yazıya çevirən cihaz

23-09-2010

MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

15-10-2009

CNN beynəlxalq televiziya kanalı Türkiyədən üzr istədi

31-08-2009

Türk xakerləri İsrail saytlarına hücum edib

03-06-2010

Türkiyədəki ermənipərəst qüvvələrə qarşı imzatoplama kampaniyası başlayıb

18-12-2008

Türkiyənin “Milliyet”, “Vatan”, “Posta” və “Radikal” qəzetləri satışa çıxarıldı

10-11-2009

DEPUTATLIĞA NAMİZƏDƏ QARŞI FACEBOOK TƏXRİBATI

26-09-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə