Previous Next
Bağla

Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

24-05-2016 14:36
Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

Mayın 24-də AMEA Rəyasət Heyəti, AR Səhiyyə NazirliyiAzərbaycan Tibb Universiteti və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktik konfransı keçirilib.

Xeberler.az-ın məlumatına görə, konfransı giriş nitqi ilə AMEA prezidenti, akademik Akif Əlizadə açıb.

AMEA rəhbəri e-tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk tədbiri Azərbaycan səhiyyəsi və elmi, bütövlükdə ölkə ictimaiyyəti üçün mühüm hadisə kimi dəyərləndirib.

O, e-tibbin formalaşması problemlərinin müxtəlif aspektləri ilə məşğul olan alim və mütəxəssislərin bir araya gəlməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu bildirdi, bu sahədə mövcud problemlərin həllinə öz töhfəsini verəcəyinin deyib.

Akademik səhiyyə sisteminin müasir tələblərə uyğunlaşdırılması, yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsi üçün elmdə əldə olunmuş nailiyyətlərə əsaslanmaq, innovativ texnologiyaların geniş tətbiqinin vacib şərtlərdən olduğunu bildirib.

AMEA prezidenti akademiyada bu istiqamətdə aparılan elmi tədqiqatlardan söz açaraq bildirib ki, prioritet elmi istiqamətlər sırasında biologiya və tibb sahəsində dünyanın yeni çağırışlarına uyğun araşdırmaların aparılması əsas hədəflərdəndir: “Buna misal olaraq, kök hüceyrə, molekulyar biologiya və təbabət, tibdə kompüter texnologiyaları, yeni dərman texnologiyaları və s. kimi müasir elmi istiqamətləri göstərmək olar”.

Xarici elmi mərkəzlər ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məsələlərinə də toxunan Ə.Əmiraslanov ABŞ, Cənubi Koreya, İngiltərə və s. kimi dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən yararlanmağın, davamlı əlaqələrin qurulmasının zəruriliyini bildirib.

Tədbirdə AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Elektron tibbin formalaşmasının aktual elmi-nəzəri problemləri və həlli perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi.

İnstitut direktoru bildirib ki, e-tibbin formalaşması istiqamətində dünyanın aparıcı elmi mərkəzlərində aparılan araşdırmaların vəziyyəti təhlil olunub, elmi-nəzəri və praktiki problemlər identifikasiya edilib.

Alim molekulyar biologiya və tibb, molekulyar diaqnostika, tibbi genetika, gen müalicəsi kimi problemlərin araşdırılmasının, e-tibdə Big Data və Data Mining texnologiyalarının tətbiqi imkanlarının öyrənilməsinin zəruriliyini vurğulayıb.

R.Əliquliyev həmçinin e-tibbin sürətli inkişafının təmin olunması üçün tibbi informatika ixtisası üzrə mütəxəssis və elmi kadrların hazırlanması, bu sahəyə dair dərslik və dərs vəsaitlərinin məzmununun yenilənməsi, tibb işçilərinin İKT biliklərinin artırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinin vacibliyini də qeyd edib.

Konfrans öz işini AMEA İnformasiya Texnologiyaları İnstitutunda üç paralel seksiya iclasında davam etdirdi. “Tibdə İKT-nin elmi-nəzəri problemləri”, “Tibdə İKT-nin praktiki problemləri” və “İKT-nin tibbi problemləri” seksiyaları üzrə elektron tibbin formalaşmasının konseptual əsasları, texnoloji təminatı, təşkilati-hüquqi, təhlükəsizlik, terminoloji problemləri, sosial-iqtisadi aspektləri və s. mövzularda 75 məruzə təqdim olunub.

Günel 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016

Elmi Şuranın 6-cı iclası keçiriləcək

10-09-2015

Big Data konfransı başa çatdı

25-02-2016

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016

Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

23-01-2017

AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

17-05-2017

“Elektron tibb e-elmin tərkib hissəsidir”

16-05-2016

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” adlı konfrans keçirilib

25-05-2025

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

08-01-2015

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

04-12-2014

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb

25-12-2025

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

İKT problemləri ilə bağlı respublika elmi-praktiki konfrans keçiriləcək

01-02-2023

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə