Previous Next
Bağla

TQDK virtual seminar-məşğələ keçirib

25-04-2011 18:56
TQDK virtual seminar-məşğələ keçirib
Seminar-məşğələ Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sisteminə həsr olunub

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsli müəssisələrinə ərizə qəbulunun aparılması ilə bağlı Sənəd Qəbulu Komissiyaları (SQK) ilə seminar-məşğələ keçirib. 

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, seminarda TQDK-nın inzibati binasından Komissiyanın Naxçıvan, Gəncə, Lənkəran, Quba və Şəki regional bölmələri ilə canlı videobağlantı qurulub və respublikanın bütün bölgələrində yaradılmış SQK nümayəndələri tədbirdə iştirak ediblər. 

Seminar-məşğələni giriş sözü ilə açan TQDK-nın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov cari ildə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin aprelin 20-dən mayın 31-dək internet vasitəsilə elektron ərizə dolduracaqlarını və tələb olunan sənədləri aprelin 27-dən mayın 31-dək müvafiq SQK-ya təqdim etməklə həmin ərizələrini təsdiq etdirəcəklərini xatırladıb. Bununla əlaqədar olaraq SQK üzvlərinin üzərlərinə düşən vəzifələri xatırladan Arzu Bağırov abituriyentlərin rahat şəkildə ərizələrini təsdiq etdirmələri üçün lazımi şəraitin yaradılmasını vacib sayıb. 

Arzu Bağırov ərizə qəbulu ilə bağlı bütün məlumatların “Abituriyent” jurnalının 2-ci sayında dərc olunduğunu, Komissiyanın internet saytında yerləşdirildiyini, həmçinin Kütləvi İnformasiya Vasitələrində bu proseslə bağlı müntəzəm çıxışlar ediləcəyini bildirib. O, SQK nümayəndələrinin də gənclərin maarifləndirilməsi istiqamətində çalışmalı olduğunu vurğulayıb: “Bütün SQK-larda qəbul elanları və qaydaları lövhələrdə yerləşdirilməlidir ki, bizim jurnalı əldə edə bilməyən və ya internetə çıxış imkanı məhdud olan gənclər sənəd qəbulu ilə bağlı məlumatlarla tanış olsunlar. Onlara operativ və düzgün informasiya verilməli, çətinlik çəkdikləri məsələlər izah olunmalıdır”.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013

TQDK səyyar Sənəd Qəbulu komissiyaları yaradacaq

04-05-2015

Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

04-05-2015

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır

30-04-2015

Sabahdan ali təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayır

31-03-2015

Abituriyentlərin “Elektron ərizə” qəbulu davam edir

20-04-2012

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq

10-04-2012

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

“İmtahana buraxılış vərəqəsi” internetdə

01-07-2010

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

Abituriyentlər internetdən pulsuz istifadə edə biləcəklər

17-04-2009

Ödəmə kartları satışda

06-01-2011

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015

Abituriyentlərin nəzərinə

21-05-2015

MBA və TEMPUS proqramları üzrə internet vasitəsilə magistraturaya ərizə qaəbuluna başlanılıb

26-11-2009

Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

10-04-2019

İlk dəfə olaraq imtahan binalarında mobil telefon və digər rabitə qurğularını avtomatik aşkarlayan sistem tətbiq ediləcək

17-05-2014

TQDK internet saytında problem yaşanır

20-04-2009

TQDK-nın elektron ərizə qəbulu başa çatıb

12-08-2009

“İnternet vasitəsilə ixtisas seçimi abituriyentlərin rahatlığı üçündür”

31-07-2009

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016

İmtahan nəticələri TQDK-nın saytına yerləşdirilib

04-09-2015

Boş qalan yerlərə elektron qaydada ixtisas seçimi başlayır

13-08-2015

Abituriyent jurnalının növbəti sayının elektron versiyası təqdim edilib

23-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə