Previous Next
Bağla

Turbo.az, Tap.az və Bina.az-ın sahibi 1 milyard dollar əldə edib

23-01-2024 14:56
Turbo.az, Tap.az və Bina.az-ın sahibi 1 milyard dollar əldə edib

Qazaxıstanının ən böyük elektron ticarət şirkətərindən olan "Kaspi.kz" fintex şirkətinin səhmdarları Amerikada ötən həftə keçirilən IPO zamanı 1 milyard dollar toplayıblar.

Xeberler.az xəbər verir ki, Qazaxıstanın "Kaspi.kz" fintech holdinqinin səhmdarları Amerikanın NASDAQ birjasında IPO, yəni səhmlərin xalqa ərzi zamanı təxminən 1 milyard dollar toplayıblar.

Bir neçə gün əvvəl şirkətin hər bir səhm üçün 92 dollar olan 11,3 milyon depozitar səhmi (ADS) satılıb, bu da əvvəlcədən güman edilən 9 milyondan artıq idi. "Satan səhmdarlar anderrayterlərə yekun prospektin təqdim olunduğu tarixdən sonra 30 gün ərzində, əgər varsa, artıq payları əhatə etmək üçün 1 milyon 695 minə qədər əlavə ADS almaq imkanı veriblər.

Təklifin adi bağlanma şərtlərinə uyğun olaraq 23 yanvar 2024-cü ildə bağlanacağı gözlənilir", - şirkət daha sonra bildirib. Səhmləri birjaya çıxan şirkətin əsassəhmdarları Vyaçeslav Kim (25% səhm), Mixail Lomtadze (23%) və Asia Equity Partners Limited (28%) idi. Qazaxıstanın "Kaspi.kz" şirkətin səhmlərinin NASDAY-da İPO-su yükək səviyyədə təşkil edilib. Yerləşdirmənin təşkilatçıları Morgan Stanley, JPMorgan və Citigroup olub.

Şirkətin səhmləri artıq yanvarın 19-dan etibarən NASDAQ-da KSPI simvolu ilə alqı-satqıya başlayacaq. Qeyd edək ki, indiyədək "Kaspi" şirkətinin səhmləri Qazaxıstanda və London Fond Birjasında alınıb-satılırdı. Şirkətin səhmləri Qazaxıstan Fond Birjasında (KASE) və Astana Beynəlxalq Birjasında (AIX) listinqdədir.

2023-cü ilin aprelində isə məlum olub ki, şirkət öz səhmlərini ABŞ birjalarında da satışa buraxmaq istəyir. 2022-ci ilin dekabrında Kaspi şirkəti ABŞ-da IPO üçün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciət edib və sonrakı proseslər ötən həftə İPO ilə nəticələnib.

 

Xatırladaq ki, Qazaxıstanda fəaliyyətə başlayan Kaspi.kz şirkəti müxtəlif xidmətlərə malik istehlakçılar üçün Kaspi.kz Super App mobil əlavəsini, eləcə də tacirlər və sahibkarlar üçün Kaspi Pay Super Tətbiqini təklif edir. Hesabata görə, sentyabrın 30-na olan məlumata görə, Kaspi tətbiqinin aylıq orta hesabla 13,5 milyon aktiv istifadəçisi var.

Kaspi.kz sentyabrın 30-da başa çatan doqquz ayda 2,83 milyard dollarlıq gəlir əldə edib və bunun 1,27 milyard dolları xalis mənfəət olub.

İPO zamanı 1 milyard dollar vəsait əldə edən "Kaspi.kz" şirkəti Azərbaycanda da fəaliyyət göstərir. Bu şirkət Azərbaycanın üç populyar elan saytının - Turbo.az (avtomobil elanları), Tap.az (yeni və işlənmiş əşyalar elanları) və Bina.az (daşınmaz əmlak elanları) sahibidir. Şirkət bu 3 saytı əvvəlki sahiblərindən 2019-cu ildə alıb. Həmin vaxt "Kaspi.kz"ın İdarə Heyətinin sədri Mixail Lomtadze bildirmişdi ki, "Biz artıq Azərbaycan bazarına çıxmışıq. Orada avtomobil, daşınmaz əmlak və ümumi yeni və işlənmiş malların satışı üçün ən böyük platformaya sahibik: Turbo.az (avtomobil bazarı), Tap.az (yeni və işlənmiş mal bazarı) və Bina.az (daşınmaz əmlak bazarı). İndi deyə bilərik ki, "Kaspi.kz" innovasiyalarının Azərbaycana ixracına başlamışıq".(Fed.az)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qazaxıstan şirkəti Azərbaycanda 3 sayt alıb

Qazaxıstan şirkəti Azərbaycanda 3 sayt alıb

19-09-2019
"SpaceX" IPO-dan əvvəl şirkətin bir səhminin qiymətini açıqlayıb

"SpaceX" IPO-dan əvvəl şirkətin bir səhminin qiymətini açıqlayıb

12-06-2026
Səhmdarlar “Twitter”ə qarşı 124 milyon dollarlıq iddia irəli sürüblər

Səhmdarlar “Twitter”ə qarşı 124 milyon dollarlıq iddia irəli sürüblər

01-11-2013
İlon Mask tarixdə ilk trilyonçu olub

İlon Mask tarixdə ilk trilyonçu olub

12-06-2026
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır

"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır

21-05-2026
Amazon Facebook-u geridə qoydu

Amazon Facebook-u geridə qoydu

02-08-2016
Adobe-un rüblük mədaxili ilk dəfə olaraq $1 milyardı keçib

Adobe-un rüblük mədaxili ilk dəfə olaraq $1 milyardı keçib

27-12-2010
"SpaceX"in səhmləri 19 faiz artıb

"SpaceX"in səhmləri 19 faiz artıb

13-06-2026
"SpaceX" səhmlərini mənfəətlə satmağı planlaşdırır

"SpaceX" səhmlərini mənfəətlə satmağı planlaşdırır

03-06-2026
Tesla-nın bazar dəyəri Ford-u keçdi

Tesla-nın bazar dəyəri Ford-u keçdi

04-04-2017
Microsoft 1,3 milyard dollarlıq şirkət səhmlərini satışa çıxardı

Microsoft 1,3 milyard dollarlıq şirkət səhmlərini satışa çıxardı

10-11-2010
“Microsoft” dünyada üçüncü yerə enib

“Microsoft” dünyada üçüncü yerə enib

24-05-2011
İlon Maskın sərvəti 400 milyard dolları ötüb

İlon Maskın sərvəti 400 milyard dolları ötüb

13-12-2024
İlon Mask bir gündə 29 milyard dollar itirib

İlon Mask bir gündə 29 milyard dollar itirib

11-03-2025
Google ilin üçüncü rübündə 2,2 milyard dollar qazanıb

Google ilin üçüncü rübündə 2,2 milyard dollar qazanıb

19-10-2010
Microsoft şirkəti 3 ay ərzində 20 milyard dollar qazanıb

Microsoft şirkəti 3 ay ərzində 20 milyard dollar qazanıb

16-02-2011
İlon Mask trilyoner olmağı hədəfləyir

İlon Mask trilyoner olmağı hədəfləyir

02-04-2026
Tesla əsas hədəfinə çatdı- General Motors-u da geridə qoydu

Tesla əsas hədəfinə çatdı- General Motors-u da geridə qoydu

05-04-2017
Dünyanın ən iri proqram təminatçısının mənfəəti 1,8 milyard dollar artıb

Dünyanın ən iri proqram təminatçısının mənfəəti 1,8 milyard dollar artıb

30-10-2010
“Meta”nın gəliri 28,6 milyard dollar artıb

“Meta”nın gəliri 28,6 milyard dollar artıb

27-04-2023
«Facebook» «Boeing»i ötüb-keçdi

«Facebook» «Boeing»i ötüb-keçdi

13-01-2011
Amerikalı tanınmış professor Qərbi Kaspi Universitetində

Amerikalı tanınmış professor Qərbi Kaspi Universitetində

19-12-2017
Apple-dan növbəti rekord

Apple-dan növbəti rekord

02-08-2017
İlon Mask sərvəti 800 milyard dolları keçib

İlon Mask sərvəti 800 milyard dolları keçib

04-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə