Previous Next
Bağla

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

24-10-2018 16:09
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib.

Xeberler.az  bildirir ki, iclasda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya və Bolqarıstandan sahə üzrə məsul şəxslər iştirak edib. Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat sahəsi üzrə əməkdaşlıq əlaqələri, “Qara dəniz dairəvi avtomobil yolunun inkişaf koordinasiyası”, “Dəniz magistralının inkişafı”, “Yüklərin avtomabil nəqliyyatı ilə daşınmasının asanlaşdırılması” sahəsində anlaşma memorandumlarının qəbul edilməsi və işçi qrupuna nəqliyyat sahəsində çalışan nümayəndələrin təyin edilməsi kimi məsələlər müzakirə olunub.

Bundan başqa, “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə multimodal bərə və sərnişin xətlərinin inkişafı” üzrə Rusiya Federasiyası tərəfindən təklif olunmuş anlaşma memorandumu, eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusu olub.

Sonda qərar, qətnamə və tövsiyələrin Xarici İşlər Nazirlər Şurası tərəfindən tətbiq edilməsi qərara alınıb və iclasın hesabatı qəbul edilib. İclas sabah işini nazirlər toplantısı ilə davam etdirəcək. Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik edəcəyi toplantıda Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan da iştirak edəcək. Digər ölkələr isə nazir müavinləri səviyyəsində təmsil olunacaq.

Məlumat üçün bildirək ki, ölkəmiz 1992-ci ildən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. QDİƏT-in Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşir. Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya-kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

25-10-2018
QDİƏT üzvləri İKT sahəsində  əməkdaşlıq imkanlarını müzakirə edib

QDİƏT üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

05-12-2018
Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası işə başladı

Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası işə başladı

14-12-2018
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

28-05-2019
Nazirlik sammitdə iştirak etdi

Nazirlik sammitdə iştirak etdi

29-05-2018
Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

04-04-2022
Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019
Prezident nazirliklə Polşa arasındakı memorandumu təsdiq etdi

Prezident nazirliklə Polşa arasındakı memorandumu təsdiq etdi

06-11-2017
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib

11-10-2021
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

03-02-2022
Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

12-08-2022
Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

29-11-2016
İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

10-11-2017
Bakıda QİƏT-ə üzv-ölkələrin İT nazirlərinin toplantısı keçirilib

Bakıda QİƏT-ə üzv-ölkələrin İT nazirlərinin toplantısı keçirilib

04-11-2009
NRYTN GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

NRYTN GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

07-08-2020
“ASAN xidmət”in QDİƏT-lə əməkdaşlığı genişlənir

“ASAN xidmət”in QDİƏT-lə əməkdaşlığı genişlənir

30-01-2025
Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

06-12-2017
Nazir ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi ilə görüşüb

Nazir ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi ilə görüşüb

09-12-2025
Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018
“ASAN xidmət” və QDİƏT-in Baş katibliyi birgə vebinar keçirib

“ASAN xidmət” və QDİƏT-in Baş katibliyi birgə vebinar keçirib

06-03-2025
QDİƏT-in Baş katibi “ASAN xidmət”də olub

QDİƏT-in Baş katibi “ASAN xidmət”də olub

15-11-2024
Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

19-02-2021
Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib   

Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib  

01-07-2022
Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

02-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə