Previous Next
Bağla

Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İKT nazirlərinin növbəti görüşü keçirilib

01-02-2019 10:30
Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İKT nazirlərinin növbəti görüşü keçirilib

Qazaxıstanın Almatı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və kommunikasiya texnologiyaları (İKT) nazirlərinin üçüncü görüşü keçirilib.

Xeberler.az  bildirir ki, iclasda kibertəhlükəsizlik, elektron hökumət, peyk xidmətləri və “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi, eləcə də İKT ilə bağlı digər prioritet istiqamətlər üzrə mövcud əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amaryev, Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayev, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, Qırğızıstan informasiya texnologiyaları və kommunikasiya komitəsinin sədri Bakıt Şarşanbayev, Macarıstan dövlət katibinin informasiya, kommunikasiya və innovasiya üzrə müavini Kalyulu Balazs Solumar iştirak edib.

D.Abayev TDƏŞ-ə üzv olan ölkələri informasiya-kommunikasiya sahəsində inteqrasiyanı möhkəmləndirməyə çağırıb, Azərbaycanın təşəbbüskarı olduğu TASİM-in yaradılmasını xüsusilə vurğulayıb.

E.Vəlizadə isə bildirib ki, Azərbaycanda İKT dinamik inkişafdadır və ölkə inkişaf etmiş informasiya cəmiyyəti şəraitində yaşayır. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Simsiz genişzolaqlı internet istifadəçilərinin nisbəti 73 faiz təşkil edir. Azərbaycanda mobil rabitə abunəçilərinin sayı ölkə əhalisinin 106 faizini təşkil edir.

Nazir müavini Bakıda hər il kibertəhlükəsizlik üzrə regional təlimlərin keçirilməsinin planlaşdırıldığını və TDƏŞ-ə üzv ölkələrin bu təlimlərdə iştirakının məqsədəuyğun olduğunu bildirib: “Azərbaycanın “Kibertəhlükəsizlik üzrə Milli Strategiya”sı hazırlanır və tezliklə təsdiq olunacaq”.

Qazaxıstan, Qırğızıstan, Türkiyə nümayəndələri ölkələrinin İKT sahəsində əldə etdiyi nailiyyətlər və perspektivlərlə bağlı təqdimatla çıxış edib. Sonra tərəflər arasında əməkdaşlıq perspektivləri üzrə maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

İclasın yekununda protokol qəbul olunub və növbəti görüşün 2020-ci ildə Qırğızıstanda keçirilməsi qərara alınıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“İnkişaf üçün İKT” konfransı başa çatdı

“İnkişaf üçün İKT” konfransı başa çatdı

28-10-2015
Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

29-11-2016
İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

10-11-2017
Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş  katibi ilə görüşüb

Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

08-09-2020
Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

26-05-2017
Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

07-12-2023
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

14-10-2021
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tezliklə fəaliyyətə başlayacaq

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tezliklə fəaliyyətə başlayacaq

08-04-2013
Azərbaycan İƏT ölkələrinin İKT üzrə məsul nazirlərinin III görüşünə qatılıb

Azərbaycan İƏT ölkələrinin İKT üzrə məsul nazirlərinin III görüşünə qatılıb

14-07-2023
Azərbaycanda ilk dəfə: Nazir spiker kimi çıxış edəcək

Azərbaycanda ilk dəfə: Nazir spiker kimi çıxış edəcək

23-11-2018
TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

29-11-2016
QDİƏT üzvləri İKT sahəsində  əməkdaşlıq imkanlarını müzakirə edib

QDİƏT üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

05-12-2018
Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

19-02-2021
Azərbaycanda Kibertəhlükəsizlik üzrə Milli Strategiya hazırlanır

Azərbaycanda Kibertəhlükəsizlik üzrə Milli Strategiya hazırlanır

05-09-2018
İKT sahəsində əməkdaşlıq müzakirə olunub

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019
Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

02-04-2019
 Azərbaycan və Bolqarıstan arasında İKT sahəsində əməkdaşlıq haqqında razılıqla bağlı layihə hazırlanır

Azərbaycan və Bolqarıstan arasında İKT sahəsində əməkdaşlıq haqqında razılıqla bağlı layihə hazırlanır

01-05-2012
TASİM irəliləyir

TASİM irəliləyir

06-03-2015
İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

05-11-2018
“İKT-dən istifadə zamanı etimad və təhlükəsizlik” adlı virtual sessiya keçirilib

“İKT-dən istifadə zamanı etimad və təhlükəsizlik” adlı virtual sessiya keçirilib

24-07-2020
İKT əməkdaşlığına dair müzakirələr aparılıb

İKT əməkdaşlığına dair müzakirələr aparılıb

18-05-2019
NRYTN “KOICA” ilə əməkdaşlıq məsələlərini müzakirə edib

NRYTN “KOICA” ilə əməkdaşlıq məsələlərini müzakirə edib

21-10-2020
Azərbaycanla Monteneqro arasında İKT sektorunda əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Monteneqro arasında İKT sektorunda əməkdaşlıq müzakirə olunub

20-05-2015
İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə