Türkiyə Cənubi Qafqaz və Avropa alimləri arasında “Elektron İpək yolu” yaradacaq

17-02-2009 / 12:03

AzərTacdan verilən məlumata görə, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) cari ilin martından başlayaraq Cənubi Qafqaz ölkələri və Avropanın akademik İnternet məkanı arasında əlaqələr yaradacaq “ Elektron İpək yolu” proqramını həyata keçirəcək.

Proqramın ilk mərhələsində Cənubi Qafqaz ölkələrindən fiber kabellər Türkiyədən keçməklə Avropaya çəkiləcək. “Qara dəniz qarşılıqlı əlaqəsi (BSİ)” adlanan layihə çərçivəsində həyata keçiriləcək tədbirlərə görə, Azərbaycan, Gürcüstan və Ermənistanın 45 universiteti və 150 min alimi Avropadakı həmkarları ilə rəqəmsal bərabərsiziliyin aradan qaldırılması nəticəsində regional elmi tədqiqatlar və birgə təhsil şəbəkəsi qurulması sahəsində proqramlar həyata keçirə biləcəklər.

Layihənin bir başqa üstünlüyü də bölgədəki İnternet infrastrukturunun təkmilləşdirilməsidir. Bunun sayəsində Cənubi Qafqazdakı universitetlər Avropa standartları səviyyəsində yeni xidmətlər ala biləcəklər.

Layihənin ümumi dəyəri 2 milyon avrodur.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə