Previous Next
Bağla

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020 12:01
AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkətinin icra etdiyi Xəzər dənizinin dibi ilə Azərbaycanla Türkmənistan arasında fiber-optik kabel xəttinin (Transxəzər Fiber Optik Kabel Xətti) çəkilməsi layihəsi “Türkmentel 2020” - Türkmənistan Telekommunikasiya və İT Konfransında müzakirə edilib.

24-25 noyabr tarixlərində onlayn olaraq keçirilmiş, Avropa və Asiyanın müxtəlif ölkələrindən rəsmi şəxslərin və aparıcı telekommunikasiya operatorlarının rəhbərlərinin qatıldığı konfransda “AzerTelecom” şirkətinin Direktorlar Şurasının Sədri Fuad Allahverdiyev çıxış edib. O, Avropa ilə Cənubi Asiya arasında Azərbaycan və Türkmənistan vasitəsilə formalaşan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) və bu qlobal rəqəmsal dəhlizin Xəzər dəniz seqmenti olan Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xətti (Transxəzər Fiber Optik Kabel Xətti) layihəsi barədə danışıb.

Fuad Allahverdiyev qeyd edib ki, dördüncü sənaye inqilabı şəraitində intensiv rəqəmsallaşma rəqəmsal infrastruktur quruculuğu layihələri ilə sıx bağlıdır və müxtəlif regionlar arasında magistral fiber-optik kabel xətlərinin çəkilməsi həmin regionlarda əhalinin bağlantı xidmətləri ilə daha yaxşı təmin edilməsinə şərait yaradır, rəqəmsal qloballaşma proseslərini sürətləndirir.

“Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi Avropa ilə Cənubi Asiya arasında “Rəqəmsal İpək Yolu”nu formalaşdıracaq. Fiber-optik kabel xəttinin çəkilməsi üçün 2019-cu ildə Aşqabadda Azərbaycan və Türkmənistan arasında dövlətlərarası saziş imzalanıb. Bu ilin mart ayında isə Bakıda layihənin icraçıları olan “AzerTelecom” və “Türkmentelekom” telekommunikasiya operatorları arasında fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandumu imzalanıb” – deyə F.Allahverdiyev qeyd edib.

Fuad Allahverdiyev layihənin Azərbaycan və Türkmənistanın telekommunikasiya sektoru, ümumilikdə isə regionda telekommunikasiya ekosisteminin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

Hazırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

“Azertelecom” və “SOCAR Turkey Enerji” ortaq şirkət yaradır

23-08-2021

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

AzerTelecom Davosda Dünya İqtisadi Forumunda təmsil olunub

27-01-2020

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

Azərbaycan və Türkmənistan arasında fiber-optik rabitə xətti nə vaxt çəkiləcək?

11-11-2022

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə